"Twitter"ə ikinci doğrulama işarəsi əlavə edilib
"Twitter" sosial şəbəkəsi ikinci doğrulama işarəsi əlavə edib. "Twitter Blue" abunəliyi çərçivəsində verilən "mavi quş"dan fərqli olaraq, "Official" istifadəçilər üçün tamamilə pulsuz olacaq.
Banker.az bu barədə "Forbes"a istinadən xəbər verir.
"Çoxları "mavi quş"dan əlavə hesabları necə təsdiqləmək olar deyə soruşur, buna görə də biz xüsusi "Official account" yaratdıq", – mesajda deyilir.
Şirkətin məhsul menecerinin dediyinə görə, "Official" etiketini İlon Mask sosial şəbəkəni almazdan əvvəl yaranan bütün hesablar ala biləcək. Hesabı təsdiq etmək üçün zəng kimi əlavə yoxlama tələb olunacaq.
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb