Ukrayna "Bayraktar"ın istehsalına dair Türkiyə ilə sazişi təsdiqləyib
Ukrayna hökuməti Türkiyə ilə yüksək texnologiyalar, aviasiya və kosmos sahələrində əməkdaşlığa dair sazişin ratifikasiyasına dair qanun layihəsini təsdiqləyib və bu, Ukraynada Türkiyə istehsalı olan "Bayraktar" pilotsuz uçuş aparatlarının istehsalı və texniki xidməti üzrə zavodun tikintisinə imkan verəcək.
Bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
"Ukrayna hökuməti ilə Türkiyə hökuməti arasında yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahəsində əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında" qanun layihəsi təsdiq edilib. Layihə 03.02.2022-ci il tarixində Kiyevdə bağlanmış sazişin ratifikasiyası edilməsi üçün parlamentə təqdim edilməsini nəzərdə tutur", – o, parlament iclasından sonra teleqram kanalında yazıb.
Ukraynanın Baş naziri Denis Şmıqalın özü isə bildirib ki, artıq bu gün Nazirlər Kabineti Türkiyə ilə sazişin ratifikasiyasına dair layihəni parlamentə göndərəcək. "Hökumət bu gün Ali Radaya Ukrayna və Türkiyə arasında yüksək texnologiyalar, aviasiya və kosmik fəaliyyət sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyasına dair layihə göndərəcək. Bu isə Ukraynada şanlı "Bayraktar" pilotsuz uçuş aparatlarının istehsalı və texniki xidməti üzrə zavodun tikilməsinə imkan verəcək", – o, iclası açarkən bildirib.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
5 liderlik göstəricisi
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyada ən çox oxunan 5 kitab