"Ukrayna bazarını tamamilə itirmişik, rublunun da düşməsi Azərbaycan məhsullarını ucuzlaşdırır"

Azərbaycanın nar ixracında əsas bazarı hesab olunan Rusiyada milli valyutasının dəyərdən düşməsi nəticəsində problemlərin yaranacağı gözlənilir.
Bunu Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov deyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Onun sözlərinə görə, Azərbaycan ötən il 31 milyon 564 min ABŞ dolları dəyərində 24 min ton nar ixrac edib: "İndiyənədək bizim ənənəvi ixrac bazarımız Rusiya və Ukrayna olub. Lakin hazırda Ukrayna bazarını tamamilə itirmişik. Ona görə də yerli ixracatçılar Azərbaycan narlarına böyük tələbat olan Rusiya bazarına fokuslanıb. Lakin Rusiya rublunun dəyərdən düşməsi Azərbaycan məhsullarının bu bazarda ucuzlaşmasına gətirib çıxara bilər".
Avropaya nar ixracı üçün "Qlobal Gab" sertifikatı alınmalı
Assosiasiya rəhbəri vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsi zəminində Avropa ölkələrinə nəqliyyat xərcləri çox artıb: "Bununla yanaşı, Avropaya nar ixrac etmək istəyənlər "Qlobal Gab" sertifikatını əldə etməlidir. Hazırda Azərbaycanda belə şirkətlər mövcuddur. Avropa bazarının tələblərinə uyğun nar yetişdirməyi hədəfləyiriksə, bu halda müvafiq dərman, gübrə və pestisidləri istifadə edilməlidir".
Onun sözlərinə görə, narın yetişdirilməsində istifadə edilən dərman, gübrə, aqrotexniki qulluq ləvazimatları bahalaşıb, bu isə maya dəyərin artmasına səbəb olur".
F.Qaraşov qeyd edib ki, Azərbaycan şirkətləri hazırda Almaniyaya nar ixrac edir: "Ötən il Almaniya vətəndaşları olan türklər Azərbaycana gəlmişdilər, onları nar bağlarımızla tanış etdik. Nar ixracı ilə bağlı danışıqların aparılması gözlənilir".
Çində Azərbaycan narına tələbat var
Onun sözlərinə görə, bir müddət əvvəl nar ixracı ilə bağlı Çindən gələn iş adamları ilə görüş keçirilib: "Çin təqribən hər il 10 min tona yaxın Azərbaycandan nar idxalını planlaşdırır. Əfsus ki, Çin ilə Azərbaycan arasında Qida təhlükəsizliyi haqqında Anlaşma yoxdur. Bu, bizə ixracda problem yaradır. Ölkələr bununla bağlı tez razılıq əldə etsə, Çin bazarına nar ixracına başlaya bilərik".
O bildirib ki, BƏƏ və Qətərə nar ixracı həyata keçirilib: "Təəssüf ki, ixracatçılarımız böyük ziyanla üzləşirlər, çünki həmin bazarlarda Hindistan öz yerini möhkəmləndirib. Halbuki Azərbaycan narları Hindistan narları ilə müqayisədə daha keyfiyyətlidir. Hindistan narları ucuz olduğu üçün biz həmin ölkələrə nar ixracını artıra bilmirik. Nar yaş meyvə olduğuna görə, müəyyən müddətdən sonra keyfiyyətini itirir".
F.Qaraşov Azərbaycan narını Qazaxıstan bazarına çıxışı üçün də maraq göstərildiyini vurğulayıb: "Qazaxıstanla müəyyən danışıqlar aparılır. Bu ölkəyə iki il əvvəl tədarük həyata keçirilib. Hazırda Qazaxıstan bazarında daha çox Özbəkistan narları yer tutub".
Ölkədə nar istehsalı artır
Assosiasiyanın sədri bildirib ki, bu il ölkədə keyfiyyətli məhsul çoxdur: "Hesab edirəm ki, meyvə bolluğu olacaq. Ötən il bizim istehsalımız təqribən 187 min ton olub. Bu il isə istehsalın həcmi təqribən 5-7 % artacaq".
Onun sözlərinə görə, ölkədə yeni nar bağları salınır: "2022-ci ildə nar 22 min 590 hektar sahədə əkilib. Onlardan 236 hektarı yeni sahələr olub. Əkinçilik üsullarına gəlincə, 19 min 009 hektar sahədə ənənəvi, 3 min 572 hektar ərazidə idə intensiv üsullardan istifadə edilərək əkin həyara keçirilib".
F.Qaraşov onu da qeyd edib ki, Azərbaycan şirin suyun qıt olduğu ölkələr sırasındadır: "Ölkədə su mənbələrinin 70 %-i kənarda formalaşır. Hazırda dünyada su ilə bağlı problemlər yaşanır. Buna görə də fermerlərimiz selləmə su üsulundan istifadə etməkdən çəkinməlidirlər. Bu, torpağa ziyan verməklə yanaşı məhsuldarlığa da mənfi təsir göstərir. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən iri bağlara tövsiyə xarakterli xəbərdarlıqlar olur ki, damcılı suvarma sistemindən istifadə etsinlər".
© "Report"

Maliyyə     Tarix: 13 sentyabr 2023

Oxşar xəbərlər

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri


iqtisadi xeberler kicik biznes biznes krediti dollar mezenne depozit faizleri