PAŞA Bank IPO-su üzrə abunə yazılışı 20 mindən artıq sifarişlə başa çatıb
®PAŞA Kapital-ın əsas anderrayterliyi ilə ölkənin ilk korporativ İlkin Kütləvi Təklifi (IPO) – PAŞA Bank səhmləri üzrə abunə yazılışı 12 iyun 2026-cı il tarixində yekunlaşıb.
13 aprel 2026-cı il tarixində abunə yazılışına start verilən PAŞA Bank IPO-su investorlar tərəfindən yüksək maraqla qarşılanıb. Bank kapitalının 5%-ni təşkil edən səhmlər üzrə ilk ayda 12 mindən artıq sifariş qeydə alınıb.
Ümumilikdə isə abunə yazılışı müddəti ərzində investorlar tərəfindən 20 mindən artıq sifariş təqdim olunub. 12 iyun 2026-cı il tarixində yekunlaşan IPO üzrə formalaşan tələb, təklif olunan səhmlərin həcmini üstələyib.
Qeyd edək ki, IPO çərçivəsində 932 926 ədəd adi adlı səhm investorlara təklif olunub. Emissiya şərtlərinə əsasən bir səhmin yerləşdirmə qiyməti 55 AZN, minimum alış həcmi isə 1 səhm təşkil edib.
Abunə yazılışının yekun nəticələri emissiya prospektinə və qanunvericiliyin tələblərinə uyğun olaraq növbəti həftələr ərzində rəsmiləşdiriləcək. Təsdiqlənmiş sifarişlər əsasında səhmlərin investorlar arasında bölgüsü həyata keçiriləcək.
Yerli kapital bazarlarının tarixi hadisəsi hesab olunan PAŞA Bank IPO-su investorların kapital bazarlarına artan marağını bir daha nümayiş etdirib. Layihə, eyni zamanda, ölkədə korporativ qiymətli kağızlar bazarının inkişafı, investor bazasının genişlənməsi və yeni investisiya alətlərinə çıxış imkanlarının artırılması istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir.
PAŞA Kapital İnvestisiya Şirkətinin xidmət və məhsulları haqqında daha ətraflı məlumat üçün pashacapital.az saytına və ya 1548 qısa nömrəli Çağrı Mərkəzinə müraciət etməyiniz mümkündür. / banker.az

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?