Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı

Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı2026-cı ilin 01 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 24 milyard 464,7 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 18,7 faizini təşkil etmişdir.
Marja.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2026-cı ilin I rübü üzrə dövlət borcuna dair hesabata istinadən xəbər verir ki, ümumi dövlət borcunun 7 milyard 971,8 milyon manatı (4 milyard 689,3 milyon ABŞ dolları) və ya 32,6 faizi xarici dövlət borcunun, 16 milyard 492,9 milyon manatı və ya 67,4 faizi daxili dövlət borcunun payına düşür.
Hesabat tarixinə Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya sənədi ilə (Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30%-dən çox olmaması və xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi üzrə yuxarı hədlər gözlənilmişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dəyişkən faizli dövlət borcunun ümumi borc portfelində payı
2026-cı ilin 01 aprel tarixinə Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə hədəf gözlənilmiş və dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16 faizini təşkil etmişdir.
Xarici dövlət borcu
2026-cı ilin 01 aprel tarixinə xarici dövlət borcu 4 milyard 689,3 milyon ABŞ dolları və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil etmişdir. 2026-cı ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon ABŞ dolları məbləğində azalmışdır.
Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,1 faizini, sabit faiz dərəcəsi ilə olanlar isə 50,9 faizini təşkil etmişdir.
Xarici dövlət borcunun 59,2 faizi 5 ilə qədər olan müddətdə, 35,4 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
2026-cı ilin 01 aprel tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 86,1 faiz, avro – 6,1 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,1 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,6 faiz.
2026-cı ilin 01 aprel tarixinə dövlət büdcəsi hesabına xarici borclar üzrə 158,5 milyon ABŞ dolları məbləğində əsas borc, 71,9 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilmişdir.
2026-cı ilin 01 aprel tarixinə ölkənin strateji valyuta ehtiyatları 85,2 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 18,2 dəfə üstələyir.
Daxili dövlət borcu
2026-cı ilin 01 aprel tarixinə daxili dövlət borcu 16 milyard 492,9 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 12,6 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2026-cı ilin 01 yanvar tarixi ilə müqayisədə 1 milyard 311,6 milyon manat azalmışdır. Hesabat tarixinə daxili dövlət borcunun 7 milyard 695,5 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 797,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.
Hesabat tarixinə dövriyyədə olan 7 milyard 695,5 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 54,4 faizi 2 və 3 illik, 45,6 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.
2026-cı ilin 01 aprel tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,60 təşkil etmişdir. Cari ilin 3 ayı ərzində qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin bitməsi dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olmuşdur.
2026-cı ilin ilk 3 ayı ərzində əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 1.310,9 milyon manat məbləğində əsas borc ödənişləri, 132,5 milyon manat məbləğində isə faiz və diskont ödənişləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir.
Dövlət zəmanətli borc
2026-cı ilin 01 aprel tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 6 milyard 762,4 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 5,2 faizini təşkil etmişdir. Dövlət zəmanətinin 5 milyard 186 milyon manatı (3 milyard 50,6 milyon ABŞ dolları) və ya 76,7 faizi xarici dövlət zəmanətli kreditlərin, 1 milyard 576,4 milyon manatı və ya 23,3 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür. Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalması "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması hesabına olmuşdur.
 2026-cı ilin 01 aprel tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 47,0 faiz, avro – 25,5 faiz, manat – 19,4 faiz, yapon yeni – 2,7 faiz, digər valyutalar – 5,4 faiz.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 40,1 faizini sabit, 59,9 faizini dəyişkən faiz dərəcəli öhdəliklər təşkil edir.
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandıAzərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandıAzərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandıAzərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandıAzərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandıAzərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandıAzərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandıAzərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandıAzərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandıAzərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandıAzərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandıAzərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı

Maliyyə     Tarix: 29 aprel 2026

Oxşar xəbərlər

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı


iqtisadi xeberler biznes krediti valyuta mezennesi rubl mezenne dollar kursu