İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
2026-cı ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 875,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 0,7 faiz artmışdır.
ÜDM istehsalının 35,7 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,9 faizi tikinti, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 22,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil etmişdir
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 9,0 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,0 faiz, sənayedə 0,6 faiz, digər xidmət sahələrində 0,5 faiz artmış, tikintidə isə 19,0 faiz azalmışdır.
2026-cı ilin yanvar-aprel aylarında sənaye istehsalı haqqında
Sənaye sektorunda 2026-cı ilin yanvar-aprel aylarında 21,1 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Emal sənayesində 2026-cı ilin yanvar-aprel aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, əczaçılıq məhsullarının istehsalı, toxuculuq sənayesi, elektrik avadanlıqlarının istehsalı, poliqrafiya məhsullarının istehsalı, tütün məmulatlarının istehsalı sahələrində olmuşdur.

/ marja.az

Manat əmanətlərinə illik 11%-dək gəlir — Ən yüksək faizi hansı banklar verir? (oktyabr)
Dollar əmanətlərinə ən yüksək faizi hansı banklar verir? — Oktyabr, 2026
"Unicapital" İnvestisiya Şirkəti birjada əməliyyatlarını – 3 DƏFƏ ARTIRIB
Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
Rusiyada Qazaxıstanın "Freedom" qrupu ilə bağlı investorlar şikayət edir
ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək "Money20/20"-də finalçı kimi yarışacaq
"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK
"Bitcoin" 84 min dollara kimi ucuzlaşıb - SON QİYMƏT
"Fitch Ratings": Azərbaycanın bank sektoru artıq narahatlıq doğurmur
ABŞ-da ipoteka faizləri üç ilin ən yüksək səviyyəsinə qalxıb
Evdə biznes qurmağın yolları
Fond birjası nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən varlı 10 adamı