Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə sahəvi assosiasiyalarla silsilə görüşlərini davam etdirir. Növbəti belə görüş DVX-nin Vergi siyasəti baş idarəsinin əməkdaşları ilə "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyinin (İB) üzvləri arasında keçirilib.
Görüş zamanı biznes nümayəndələri ilə davamlı və səmərəli kommunikasiyanın qurulmasına DVX tərəfindən xüsusi önəm verildiyi vurğulanıb. Bildirilib ki, inzibatçılıq və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində özəl sektorun təklifləri mütəmadi olaraq toplanır.
Tədbirdə çıxış edən assosiasiya üzvləri gündəlik fəaliyyət zamanı qarşılaşdıqları praktiki məsələləri, xüsusilə zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi mexanizmlərini diqqətə çatdıraraq öz təkliflərini səsləndiriblər. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar qida və qeyri-qida məhsulları üzrə təbii itki normalarına yenidən baxılmasını, həmçinin xarabolma halları üzrə vahid normaların müəyyən edilməsini təklif ediblər.
Müzakirələrin sonunda dövlət-biznes tərəfdaşlığının daha da gücləndiriləcəyi və sahibkarların rəyinin öyrənilməsi məqsədilə bu formatda dialoqların davam etdiriləcəyi diqqətə çatdırılıb.
/ marja.az

Manat əmanətlərinə illik 11%-dək gəlir — Ən yüksək faizi hansı banklar verir? (oktyabr)
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Dollar əmanətlərinə ən yüksək faizi hansı banklar verir? — Oktyabr, 2026
"Unicapital" İnvestisiya Şirkəti birjada əməliyyatlarını – 3 DƏFƏ ARTIRIB
Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
Putin "UniCredit" bankının Rusiya biznesinin bölünməsi və satışına icazə verib
Rusiyada Qazaxıstanın "Freedom" qrupu ilə bağlı investorlar şikayət edir
ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək "Money20/20"-də finalçı kimi yarışacaq
"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK
"Bitcoin" 84 min dollara kimi ucuzlaşıb - SON QİYMƏT
IMEI kod nədir?
Ən bahalı otellər hansılardır?
IBAN nədir?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes plan necə yazılır?