"PAŞA Sığorta" 1-ci yarımildən 15 milyon manata yaxın xalis mənfəətlə çıxdı

"PAŞA Sığorta" ASC bu ilin 1-ci yarısının (yanvar-iyun) yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. Şirkət yanvar-iyun aylarında 14,55 milyon manat xalis mənfəət əldə edib.
Gəlirləri 25%-dən çox artıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şirkətin yaydığı press-relizdə bildirilir ki, 6 ay ərzində "PAŞA Sığorta"nın gəlirləri ötən ilin eyni dövrünə nisbətən 25,2% çox – 191,8 milyon manat təşkil edib. O cümlədən şirkət əsas əməliyyat gəlirlərini 14,8% artıraraq 210 milyon manata, investisiya gəlirlərini 61,3% artıraraq 13,7 milyon manata, digər gəlirlərini isə 32,35% artıraraq 1,6 milyon manata çatdırıb və xalis sığorta ehtiyatlarının dəyişməsindən yaranmış 33,4 milyon manat zərəri artıqlaması ilə kompensasiya edib.
Şirkətdə müştəriyönümlülük qorunmaqdadır
"PAŞA Sığorta" I yarımildə 209,1 milyon manat sığorta haqqı toplayıb, 81,75 milyon manat sığorta ödənişi edib. Bunlar, illik müqayisədə müvafiq olaraq 14,7% və 25,9% çoxdur. Göründüyü kimi, şirkətin ödənişlərinin artım tempi yığımlarının artım tempini hələ də üstələyir, bu isə onun fəaliyyətində müştəriyönümlülüyün qorunmasından xəbər verir.
İnvestisiya portfelinin dəyəri 272 milyon manatı keçib
Son 1 ildə "PAŞA Sığorta"nın investisiya portfeli 17,5% artım nümayiş etdirərək bu il iyunun 30-na 272,3 milyon manat təşkil edib. Portfelin təxminən yarısı və yaxud 146 milyon manatı depozitlərdir. İl ərzində şirkətin banklarda yerləşdirdiyi vəsaitlərin məbləği 2,3 dəfə artıb. Depozitlərin yarım illik gəlirliliyi isə 2,5 dəfə artımla 6,4 milyon manata yüksəlib.
Hesabat tarixinə sığortaçı həmçinin 101,2 milyon manat dəyərində istiqrazlara, cümlədən 95,2 milyon manatlıq dövlət və 6 milyon manatlıq qeyri-dövlət istiqrazlarına malik olub. Onun digər investisiyalarının dəyəri isə 2,9% artımla 25,1 milyon manat təşkil edib. Yeri gəlmişkən, onun digər investisiyalarının 6 aylıq gəlirliliyi 11,2 dəfə artımla 3,6 milyon manata çatıb.
Aktivləri yarım milyard manata yaxındır
2026-cı il iyunun sonuna "PAŞA Sığorta" 468,8 milyon manatlıq aktivlərə malik olub. Bu 1 il əvvələ nisbətən 28,8% çoxdur. O cümlədən, şirkət aktivlər üzrə 93,2 milyon manat sığorta ehtiyatlarına malikdir ki, bu da 2025-ci il cari dövrü ilə müqayisədə 2,55 dəfə artım deməkdir.
Hesabat dövründə "PAŞA Sığorta"nın öhdəlikləri 38% artımla bu il iyunun 30-na 370,1 milyon manata yüksəlib. Şirkətin öhdəliklər üzrə sığorta ehtiyatları isə illik müqayisədə 37,1% çox – 310,7 milyon manat olub.
Sığortaçının balans kapitalı 98,7 milyon manat (3,1% çox), o cümlədən nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) təşkil edib. Halbuki, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi "Sığortaçının tələb olunan kapitalının minimum məbləği" 5 milyon manatdır. Bu isə "PAŞA Sığorta"nın kifayət qədər yüksək kapitallaşdığından, müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilməmək riskinin olmamasından xəbər verir.

Banklar     Tarix: 27 iyul 2026

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler emlak xeberleri bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu