AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
®AFB Bank dövlət qulluqçuları üçün xüsusi şərtlərlə təqdim olunan "Dövlət qulluqçuları üçün güzəştli nağd kredit" kampaniyasına start verib. Kampaniya çərçivəsində dövlət sektorunda çalışan şəxslər nağd pul kreditini daha sərfəli şərtlərlə əldə edə biləcəklər.
Kampaniyanın əsas üstünlüyü kreditlər üzrə illik faiz dərəcəsinə 3%-dək endirimin tətbiq edilməsidir. Bu çərçivədə dövlət qulluqçuları 10.5%-dən başlayan illik faiz dərəcəsi ilə 50 000 AZN-dək kredit məbləğini 3 aydan 59 ayadək müddətə əldə edə bilərlər. Təklif olunan güzəştli şərtlər maliyyə ehtiyaclarının daha sərfəli şəkildə qarşılanmasına və ödənişlərin daha rahat planlaşdırılmasına imkan yaradır.
AFB Bank tərəfindən təqdim olunan nağd pul krediti müştərilərə müxtəlif maliyyə ehtiyaclarını qarşılamaq üçün çevik imkanlar yaradır. Kreditlər münasib şərtlərlə təqdim edilir və müştərilər üçün rahat ödəniş planı formalaşdırmağa imkan verir.
Kampaniyanın digər üstünlüklərindən biri də kreditin başdan-başa onlayn şəkildə rəsmiləşdirilməsi imkanının olmasıdır. Belə ki, dövlət qulluqçuları banka gəlmədən, vaxt itirmədən və iş qrafiklərini pozmadan kredit sifarişlərini tam rəqəmsal şəkildə həyata keçirə bilirlər.
Kampaniyadan yararlanmaq üçün:
Hazırda AFB Bank ölkə üzrə 12 satış nöqtəsi ilə fəaliyyət göstərir. Bankın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində müştərilər üçün daha sərfəli, əlçatan və müasir maliyyə həllərinin təqdim olunması əsas prioritetlərdən biridir. Müştərilər həmçinin 1545 qısa nömrəli Məlumat Mərkəzi, mobil bank və internet bank vasitəsilə də bank xidmətlərindən rahat şəkildə yararlana bilirlər. / banker.az

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?