Ukrayna Maliyyə Nazirliyi: "Ölkə fevralın 24-dən bəri 18 milyard dollar xarici yardım alıb"
Rusiyanın hərbi müdaxiləsindən sonra Ukrayna beynəlxalq tərəfdaşlardan təxminən 18 milyard dollar maliyyə yardımı alıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Bu məbləğə Ukrayna verilən silahların dəyəri daxil deyil.
Bildirilib ki, əsas donorlar ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya, Fransa və İtaliyadır.
Bu gün səhər saatlarında Ukraynanın Baş naziri Denis Şmıqal qeyd edib ki, ölkə hakimiyyəti 2023-cü ildə dövlət büdcəsinin kəsirini ayda 5 milyard dollardan 3 milyarda endirmək niyyətindədir.
Onun sözlərinə görə, sentyabrda Ukrayna Aİ-dən 5 milyard dollar, oktyabrda isə daha 3 milyard dollar kredit gözləyir.
O qeyd edib ki, bu il beynəlxalq dəstək Ukraynanın büdcə xərclərinin 40%-ə qədərini əhatə edir.
Xatırladaq ki, avqustun 30-da Ukrayna prezidenti Vladimir Zelenski ölkənin bərpasını 600-800 milyard dollar dəyərində qiymətləndirib. Avropa İttifaqının ali nümayəndəsi Josep Borrel sözlərinə görə, Rusiyanın dondurulmuş qızıl-valyuta ehtiyatları bu məqsədlərə yönəldilməlidir.
İqbal Rzayev,
KONKRET.az
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind