"Ukrayna "taxıl dəhlizi"nin yaradılmasının detallarını BMT ilə razılaşdırmağı planlaşdırır"
Ukrayna yaxın günlərdə BMT-nin baş katibi Antonio Quterreşlə "taxıl dəhlizi"nin yaradılmasının detallarını razılaşdırmağı planlaşdırır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib.
"Bu gün bizim ölkədən Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracının bərpası üçün Türkiyədə keçirilən görüşlə bağlı çoxlu xəbərlər var. Biz həqiqətən də dünya bazarına ərzaq tədarükünü bərpa etmək üçün əhəmiyyətli səylər göstəririk. Mən BMT-yə və Türkiyəyə müvafiq səylərə görə minnətdaram", – deyə V.Zelenski bildirib.
O vurğulayıb ki, bu uğur təkcə Ukrayna üçün deyil, bütün dünya üçün lazımdır.
"Ukrayna nümayəndə heyəti mənə bildirdi ki, müəyyən irəliləyiş var. Yaxın günlərdə BMT-nin baş katibi ilə detalları razılaşdıracağıq", – V.Zelenski əlavə edib.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
ZARA-nın uğur hekayəsi
Dünyanın əh bahalı brendləri - TOP-10
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları
Shopify-da necə satışa başlamaq olar?