"Ümid-1″ platformasında hasilatın gücü artırılıb

"Ümid" qaz-kondensat yatağında yerləşən "Ümid-1 platformasından hasilatın sürətləndirilməsi" layihəsi çərçivəsində nəql infrastrukturunda olan məhdudiyyətlər aradan qaldırılaraq platformanın gündəlik hasilat gücü 8.1 mln. kubmetrə çatdırılıb.
Bu barədə SOCAR-ın illik hesabatında (2022-ci ilin nəticələrinə görə) bildirilir.
Hesabata əsasən, bu layihə çərçivəsində "Ümid-1" platformasında yenidənqurma işləri, dənizdə 20 nəql kəmərinin tikintisi, "Daşgil-2" terminalının baypas hissəsinin tikintisi, quruda 40 qaz nəql kəmərinin tikintisi və Səngəçal Baş Qurğularında UBOC Əməliyyat Şirkətinə məxsus sahədə qaz qəbul infrastrukturunun tikintisi işləri icra edilib.
Qeyd olunur ki, U1-20 və U1-22 saylı quyuların istismara verilməsi ilə platforma tam gücünə çatdırılması nəzərdə tutulub.
Sənəddə bildirilir ki, ötən il "Ümid" yatağının şimal qanadında qalıq ehtiyatların işlənməyə cəlb edilməsi və eləcə də cənub qanadına kəşfiyyat/qiymətləndirmə quyularının qazılması məqsədilə "Ümid-2" platformasının tikintisi üçün layihələndirilmə işləri davam etdirilib.
Bununla yanaşı, Platformadan ilk hasilatın daha erkən əldə edilməsi üçün müvafiq optimallaşdırma işləri aparılıb. "Ümid" yatağından və gələcəkdə "Babək" strukturundan hasil olunacaq məhsulun ilkin emalının həyata keçirilməsi məqsədilə yeni "Daşgil" Terminalının layihəsi üzərində işlər davam etdirilmişdir. Babək perspektiv strukturunda kəşfiyyat quyusunun layihəsi üzrə işlər davam etdirilmiş, burada qazma işlərinə start verilməsi nəzərdə tutulur.
"Ümid" yatağının kəşfi 24 noyabr 2010-cu ilə təsadüf edir. O, Azərbaycanın müstəqillik dövründə SOCAR tərəfindən kəşf edilən ilk qaz-kondensat yatağı kimi tarixə düşüb. "Ümid" perspektivli struktur kimi 1953-cü ildə Azərbaycan geoloqları tərəfindən aparılan kəşfiyyat işləri zamanı müəyyən edilib.
"Ümid" yatağı Xəzər dənizi akvatoriyasında, Bakı şəhərindən 75 km cənubda yerləşir. Sahəsi 45 km² olan strukturun ərazisində dənizin dərinliyi 40-60 metr aralığındadır. / banker.az

Xəbərlər     Tarix: 15 dekabr 2023

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina


iqtisadi xeberler birbank dollar manat kursu en son xeberler avtomobil xeberleri