ABŞ-da inflyasiya gözləntilərin altında qaldı
ABŞ-da inflyasiya sentyabrda 3%-ə yüksəlib.
Biznes.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin federal hökumətin bağlanması səbəbindən gecikmiş məlumatına görə, sentyabr ayında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 3% artıb.
Bu göstərici iqtisadçıların 3,1% gözləntisinin bir qədər altında qalıb. Avqustda illik inflyasiya 2,9% olmuşdu.
Qida və enerji qiymətləri istisna olmaqla hesablanan əsas inflyasiya aylıq 0,2% artıb və proqnozlaşdırılan 0,3%-dən aşağı qalıb. Əsas istehlak qiymətləri illik 3% yüksəlib. Avqustda bu göstərici 3,1% idi və sentyabrda da eyni səviyyədə qalacağı gözlənilirdi.
Enerji qiymətləri sentyabrda 1,5%, qida qiymətləri isə 0,2% artış göstərib.
Bu inflyasiya göstəriciləri, Federal Açıq Bazar Komitəsinin 28–29 oktyabrda keçiriləcək iclasında faiz qərarları üçün önəmli qiymətləndirmə materialı olacaq.
Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır
Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini
Azərbaycan xaricdən ət alışını azaldıb
Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Almaniya Azərbaycandan neft alışını artırıb
Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər