"Unicapital" ən innovativ investisiya şirkəti - SEÇİLİB

"Unicapital" İnvestisiya Şirkəti uğurlu fəaliyyətinə görə nüfuzlu mükafatlar alıb.
FED.az xəbər verir ki, Böyük Britaniyanın premium biznes və maliyyə dərgisi olan "International Finance"ın araşdırmasına əsasən, İnvestisiya Şirkəti 2021-ci ildəki nailiyyətlərinə görə, iki nominasiya üzrə qalib seçilib. Maliyyə, kapital bazarları sahəsində rəqəmsal həllərin və onlayn xidmətlərin inkişafına töhfə verən təşkilatları mükafatlandıran  "International Finance Awards"  "Unicapital"ı "Azərbaycanda Ən İnnovativ İnvestisiya Şirkəti – 2021" və "Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021" mükafatlarına layiq görüb.
Mükafat aşağıdakı göstəricilər əsasında təqdim edilib:
- Şirkətin bazardakı payı;
- Müştərilərinə yeni maliyyə bazarlarına çıxışın təmin edilməsi;
- İnvestisiya bazarında təqdim olunan innovativ məhsul və həllər;
- Şirkətin maliyyə göstəriciləri və inkişaf perspektivi;
- Foreks xidmətinin təşkil edilməsi və xidmət üzrə müştəri məmnuniyyəti.
"Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021" mükafatı "Unicapital"ın "UForex" xidmətinin üstünlüklərinə görə verilib. "UForex" ötən il ərzində 24/5 (qeyri-iş saatlarında) sürətli və komissiyasız mədaxil, 1:100 nisbətinədək kredit çiyni imkanı və "Smart Stop out" funksiyasını tətbiq edib. Xidmət rebrendinq prosesini tamamlayaraq, bütün yeniliklərin əks olunduğu "www.uforex.az" saytını təqdim edib.
Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkətin geniş müştəri bazasına həm fiziki, həm hüquqi şəxslər daxildir. Bazardakı uğurlu təcrübəsinə əsasən, Unicapital Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlar, həmçinin, beynəlxalq bazarlarda investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır.
İnvestisiya şirkəti yaxın vaxtlarda dünyanın bir çox maliyyə bazarlarına çıxışı təmin edən multialət platformasını təqdim edəcək. Bununla da "Unicapital"ın davam etdirdiyi strategiya müştərilərinə daha geniş investisiya xidmətləri təqdim etmək, innovativ yanaşma ilə investisiya sahəsini hər kəs üçün daha da əlçatan etmək imkanlarını artıracaq.

İnvestisiya     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədə

Nazir: Böyük Britaniyanın Azərbaycana investisiyaları 39 milyard dolları ötüb

Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 mlrd ABŞ dollarını ötüb. xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətləraras

Ticarət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik

Böyük Britaniya şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi və investisiya yatırması üçün imkanlar mövcuddur. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin sualların

Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. "Qarabağda bərpa və yenidənqurmaya dövlət büdcəsindən indiyədək 25.5 milyard manat ayrılıb". b

Dövlət Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq

Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İnvestisiy

AMB investisiya şirkətləri üçün kapital tələblərini yenilədi

"2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiya"sına uyğun olaraq, kapital bazarları iştirakçılarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin beynəlxalq tənzimləmə standartlarına uyğunluq səviyyəsini

Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon ABŞ dollarına çatıb. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev Azərbaycan-Çexiya Biznes Forumunda bildirib. Onun sözlərinə görə, investisiy

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 049,8 milyon manat investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlə

Azərbaycan I yarımildə Gürcüstana 45,3 milyon dollar investisiya yatırıb

Bu ilin ilk yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 45,3 milyon ABŞ dolları təşkil edib. Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq. xəbər veri


iqtisadi xeberler kripto en son xeberler biznes ideyalari bu gunun xeberleri