Uorren Baffett: "Bu, həyatınızı necə yaşadığınızı göstərən ən vacib meyardır"
Dünyaca məşhur 92 yaşlı investor Uorren Baffett deyib: "Əgər mənim yaşıma çatsanız və heç kim sizin haqqında yaxşı düşünməsə, bank hesabınızda nə qədər pulun olması məni maraqlandırmır, həyatınız bir fəlakətdir".
Bu sözlər dünyanın ən varlı adamlarından biri olan Baffettin Corciya Texniki İnstitutunun tələbəsi uğurun tərifini soruşduqda verdiyi cavab idi. "Qartopu: Uorren Baffett və həyatın işi" bioqrafiyasında investor uğur zolağını hər birimizin çata biləcəyi səviyyəyə qaldırır. Milyarder deyir:
"Mən çoxlu pulu olan bir çox insan tanıyıram, onlar böyük yığıncaqlar təşkil edirlər, xəstəxanalara onların adı verilir. Ancaq həqiqət budur ki, dünyada heç kim onları sevmir. Bu, həyatınızı necə yaşadığınızı göstərən ən vacib meyardır. Nə qədər çox sevgi versən, bir o qədər çox sevgi alacaqsan".
Mütəxəssislərin fikrincə, Baffetin bu tövsiyəsini realizə etməyin əsas iki yolu var.
1. Sevdiyiniz insanlarla işləyin
Baffett deyib: "Mən hər günümü sevirəm. Demək istəyirəm ki, mən yalnız bəyəndiyim insanlarla işləyirəm. Dünyada Berkshire-ı idarə etməkdən daha əyləncəli iş yoxdur və mən olduğum yerdə olduğum üçün özümü şanslı hesab edirəm".
İş çox yorucu ola bilər, lakin işləmək üçün ən yaxşı yer insanın gəlməyə xoşladığı yerdir. Bu şirkətlərin müsbət və ruhlandırıcı mədəniyyəti var.
2. Sevdiyiniz işlə məşğul olun
Baffett bir neçə il əvvəl deyib: "İş dünyasında sevdikləri işlə məşğul olan insanlar ən uğurlu insanlardır". Sevdiyi iş insana hər səhər durmağa motivasiya verir.
"Harvard Business Review" jurnalında dərc edilən bir araşdırma göstərir ki, tam məşğul olmaq və xoşbəxt olmaq üçün insanlar işlərinin vacib olduğunu və onların töhfələrinin mühüm bir şeyə nail olmağa kömək etdiyini hiss etməlidirlər. / banker.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İban nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Swift nədir?