Uşaqları civəli termometr təhlükəsindən necə qoruyaq? - Həkim açıqladı

Uşaqları civəli termometr təhlükəsindən necə qoruyaq? - Həkim açıqladıAğdaş rayonunda dörd yaşlı uşaq evdə termometri sındırıb və içindəki civəni içərək zəhərlənib. Vəziyyəti orta stabil qiymətləndirilir.
Təbii ki, civə termometri hər birimizin evində var. Bu ölçü cihazı çox kövrəkdir və ehtiyatsız davrandıqda tez sınması mümkündür. Hər zaman eşidirik ki, termometr qırılsa və içindəki civə tökülsə, insanın həyatı üçün təhlükəlidir.
Bəs məişətdə əsasən tibbi termometrlərin tərkibində rast gəlinən civə təhlükəlidirmi? Əgər civə evə dağılarsa, necə təmizlənməlidir?
KONKRET.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, evdə civəli termometr qırılarsa, vətəndaş dərhal "112" qaynar xəttinə məlumat verməlidir:
"Oradan vətəndaşı mütəxəssislə əlaqələndirirlər. Vətəndaşla danışıqlar aparılır, şəraitə uyğun dərhal FHN-in xüsusi qüvvələri hadisə yerinə gəlirlər".
Həkim-pediatr Yalçın Mirzəyevin sözlərinə görə, civəli termometr təhlükəli olduğu üçün artıq inkişaf etmiş ölkələrdə istifadə edilmir:
"Məncə, Azərbaycanda da istifadəsi qadağan edilməlidir. Həmin termometrlərin içərisində elementar civə olur və ən çox ağzı açıq olduqda inhalyasiya (tənəffüs yollarına buxar ilə) və  dəridən təmas yolu ilə qana keçir. Uşaq civəni içib və zəhərlənibsə, onun içməklə birlikdə inhalyasiya olma ehtimalı da yüksək olduğu üçün çox vaxt itirmədən qanda civə səviyyəsi ölçülməlidir. Klinik vəziyyət və nəticəyə əsasən müalicə taktikası seçilməlidir.
Civə rentgendə görünən bir maddədir. Tez bir zamanda rentgen çəkilərək yerinə görə mədə-bağırsaqdan təmizləmə yolu seçilə bilər. Erkən dövrdə aktiv kömür içirmək də faydalı olur. Ümumiyyətlə, ən təsirli müalicə şelasyon verilməsidir (civəylə birləşib onunla birlikdə qandan atılan dərman vasitələrinin verilməsi – red.). Simptomlar olarsa, simptomatik və dəstək müalicəsi edilməlidir".
Civə ilə zəhərlənmənin əlamətləri
Həkim bildirir ki, civə buxarı ilə kəskin zəhərlənmənin ilk əlamətləri 8-24 saatdan sonra müşahidə edilir:
– zəiflik;
– iştahanın olmaması;
– başağrısı;
– udqunan zaman ağrı;
– ağızda metal dadı;
– ağız suyunun axması;
– damaqların şişməsi və qan axması;
– ürəkbulanma və qusma;
– qarında ağrılar.
Civəli termometr sınıbsa:
– Təmiz hava axınını və otaqda temperaturun düşməsini təmin etmək üçün pəncərələri açın (otaq nə qədər isti olsa, civə bir o qədər sürətlə buxarlanır). Lakin fikir verin ki, yelçəkən yaranmasın, yoxsa buxar hava cərəyanı ilə daha çox sahəyə yayıla bilər;
– Cihaz sınan otağa insanların və heyvanların girişini məhdudlaşdırın;
– Rezin əlcək, üzünüzə tənzif sarğısı taxın, suda bir qədər isladılmış qəzetlə dağılan civəni yığın. Lap xırda hissəcikləri skoç və ya yapışqan lentlə (leykoplastır) yığmaq olar;
– Yığılan civəni su ilə doldurulmuş bankaya yerləşdirin və ağzını kip bağlayın. Su civənin buxarlanmasının qarşısını alır. Bankanı zibilliyə atmayın, içindəki suyu kanalizasiyaya axıtmayın və ya çölə tökməyin! Ətraf mühiti çirklətməyin! Bir termometrdə olan iki qram civə 6 000 kubmetr havanı çirkləndirə bilər;
– Gigiyena və Epidemiologiya Mərkəzinə zəng vurub civəni hara təhvil verəcəyinizi öyrənin. Civənin hamısının yığılmasından əmin deyilsinizsə, müayinə üçün mütəxəssisləri çağıra bilərsiniz. Onlar xüsusi cihazla havada civə miqdarını ölçəcək, lazımi tədbirləri yerinə yetirəcəklər;
– Fırça və ya pulverizator ilə civə dağılan yeri marqan məhlulu ilə təmizləyin, təxminən bir saat saxlayın, sonra sabunlu-sodalı məhlulla yuyun (40 q təsərrüfat sabunu və 50 q qida sodasını bir litr suda qarışdırın);
– Gün ərzində otağa girməməyə çalışın. Sonra döşəməni su ilə yumaq olar. Civə hissəcikləri xalçanın üzərinə düşübsə, onu bükün, çölə çıxardıb sərin, civə hissəcikləri yerə düşməsin deyə altına polietilen paket sərib yavaşca çırpın və havalandırın;
– Civəni yığdıqdan sonra ağzınızı zəif marqan məhlulu ilə yaxalayın, iki-üç həb aktivləşdirilmiş kömür qəbul edin – bu, toksinlərin orqanizmə təsirini azaldacaq;
– 10 gün ərzində gündə üç dəfə otağı 10 dəqiqəlik havalandırın ki, civə buxarı tamamilə təmizlənsin.
Nə etmək olmaz?
– Civəni süpürgə ilə yığmaq. Onun çubuqları metal kürəciyini xırda hissəciklərə parçalayır, onları yığmaq isə çətin olur;
– Civəni tozsoranla yığmaq. Tozsoran işlədikdə isinir, bu isə civənin buxarlanmasını sürətləndirir. Bundan əlavə, zərərli metal tozsoranın içində qalır və cihazı artıq istifadə etmək olmaz;
– Civəni yığdığınız paltarı yumaq. Bu, paltaryuyan maşının zərərli metalla çirklənməsinə səbəb ola bilər. Civə ilə təmasda olan bütün paltar və əşyaları ləğv etmək lazımdır.
Civə insanlarda hansı fəsadlara gətirib çıxara bilər?
Ekspertlərin sözlərinə görə, civə ilə təmas insan sağlamlığında çox ciddi problemlər yaradır. Aparılan tədqiqatlardan aydın olub ki, sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı var. Bundan başqa, bədənə daxil olan civənin beyin və böyrəklər üzərində də ağır yaralar əmələ gətirdiyi aparılan tədqiqatlarla müəyyən edilib. Civənin qatılığının bədəndə artması təzyiqin yüksəlməsinə, infarkta, dəridə qızartıların və yaraların yaranmasına, gözlərin zərər görməsinə səbəb ola bilər. İçməli su və ya qida yolu ilə insan bədəninə daxil olan civə eşitmə pozğunluğuna, nevroloji pozğunluqlara, mərkəzi sinir sisteminin pozulması və xərçəngə, böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına, xromosomların korlanıb şikəst övlad doğulmasına səbəb olur. Oxu.az

Xəbərlər     Tarix: 19 avqust 2022

Oxşar xəbərlər

Fransa bizdən neft alışını 3 dəfədən çox artırıb

Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib. xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsiin hesabtına görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dollar

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Server çöküb - Saytlar işləmir

Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Yeni layihə - Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edəcəklər

Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır. xəbər verir ki, bu barədə məlumat verən "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərin

Külək enerjisinin istehsalı artıb

Azərbaycanda küləklə işləyən elektrik stansiyalarında 73,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. xəbər verir ki, bu 2025-ci ilin yanvar-oktyabr aylarının göstəricisidir. Dövlət Statistika Komitəsinə istinadə

Tesla, ABŞ-də istehsalda Çin istehsalı hissələrdən imtina edir

Tesla ABŞ-də montaj olunan avtomobillərdə Çin istehsalı komponentlərdən istifadəni dayandırmaq üçün tədarükçülərinə təlimat verib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Tesla və onun tərəfdaşları bəzi Çin istehsal


iqtisadi xeberler online pul qazanmaq birbank valyuta mezennesi avtomobil xeberleri