ÜST: "Omikron" ştamının BA.5 altvariantı yayılmaqda davam edəcək"
"Omikron" ştamının BA.5 altvariantı yayılmaqda davam edəcək və ayrı-ayrı ölkələrdə yoluxma dalğalarına səbəb olacaq".
Bu barədə "Report"a Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.
"Bu ilin may ayından etibarən yoluxma səviyyəsi artmağa başladı. Aprel ayından isə dünyada BA.5 altvariantına qeydə alınmış yoluxmanın payında artım müşahidə olunur. İyunun 12-18-də BA.5-ya yoluxma payı 43% təşkil edib. İyulun 1-nə olan məlumata görə, BA.5 artıq 70-dən çox ölkədə aşkar edilib. "Omikron" ştamının BA.5 altvariantı yayılmaqda davam edəcək və ayrı-ayrı ölkələrdə yoluxma dalğalarına səbəb olacaq", - ÜST-dən deyilib.
Məlumata görə, BA.5-in yüksək transmissivliyi daha yüksək daxili artım sürəti və əlavə xüsusiyyətlərlə şərtlənir: "BA.4/BA.5-ün səbəb olduğu infeksiya dalğası gözləyirik. Ümumilikdə, bu virusun alttipləri haqqında məlumatın olmaması ÜST-nin bu virusu izləmək və ölkələrə ən yaxşı cavab tədbirləri barədə məsləhət vermək qabiliyyətini sual altında qoyur".
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Fransa Aİ ticarət sazişini qəbul etmir
Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb
Çin Yaponiyaya iqtisadi təzyiqi artırır
Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c