"Vecon Consultıng" illik hesabat açıqladı – Qiymətləndirmə şirkəti ötən ili uğurla başa vurub

Ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən olan "Vecon Consulting" ənənəsini davam etdirərək fəaliyyəti barədə 2024-cü ilin nəticələrini əks etdirən illik hesabat açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin təsisçisi Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri olaraq 2022-ci mayında VII hesabat-seçki konfransında elan etdiyi hədəflərə - "Qiymətləndirmə Fəaliyyəti haqqında" yeni Qanunun qəbulu, Azərbaycan qiymətləndiricilərinin inzibati tənzimləmə qurumunun- Qiymətləndiricilər Palatasının yaradılması, Türk dövlətlərinin qiymətləndiricilərinin birliyinin təsis edilməsi istiqamətində AQC komandası ilə birlikdə 2024-cü ildə uğurlara imza atıb və həmin ilin mayında Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti seçilib.
2024-cü ildə şirkətin iş portfeli ötən il ilə müqayisədə 17,2% artıb. Beləki, qiymətləndirilən mənzillərin sayı 613-dən 806-a, fərdi yaşayış evlərinin sayı 336-dan 389-a, torpaq sahələri 149-dan 226-a, texnika və digər daşınar əmlak 88-dən 147-ə, biznes və müəssisə 3-dən 15-ə yüksəlib. Mal qalıqları və əsas vasitələrin sayında 100% artım qeydə alınıb. Qeyri-yaşayış binaları və əmlak komplekslərində isə azalma baş verib: 388-dən 262-ə enib. Ümumilikdə qiymətləndirmə obyektlərinin sayı 1581-dən 1853-ə yüksəlib. Şirkətin dövriyyəsi 5,6% artıb. Müvafiq olaraq şirkətin xərcləri 7,9%, mənfəəti isə 9,6% artıb.
Yola saldığımız ildə "Vecon Consulting"in işçilərinin sayında da artım olub ki, bu da öz növbəsində 20% təşkil edib. İşçilər arasında keyfiyyət şəhadətnaməsinin yüksəldilməsi istiqamətində ciddi nəticə qeydə alınıb:  şirkətin 6 mütəxəssisi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ixtisas imtahanlarında uğurlu nəticə göstərərək 4 istiqamət üzrə Şəhadətnaməyə layiq görülüb, peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən kurslarda isə 8 işçi 15 sertifikatla təltif edilib.
Şirkətin partnyorlarının sayında da ciddi artım qeydə alınıb. 2023-cü ilə nisbətən bu il şirkətin yeni müştərilərinin sayı 24 % artıb.  Ölkədə fəaliyyət göstərən bankların  17-si, faiz nisbəti ilə 74 %-i şirkətin partnyorudur. Şirkətin qiymətləndirmə hesabatları isə bütün banklar tərəfindən qəbul edilir. Xarici partnyorların sayı isə 3-ə yüksəlib. Rusiyanın Beynəlxalq Qiymətləndirmə Mərkəzi, Türkiyənin tanınmış EVA Gayrimenkul Degerleme şirkətindən sonra Ukraynanın UVEKON şirkəti ilə əməkdaşlığa start verilib.
Şirkətin müvəkkil təşkilatı olduğu Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə müraciətlərin sayı 35% artıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə müraciətlərin sayında isə ötən ildə olduğu kimi azalma baş verib – 4,7%.
"Vecon Consulting" in daimi partnyorlarının yenidən müraciət sayında 29,5% artım qeydə alınıb.
Şirkətin regionlar nümayəndəliklərinin sırasına daha 2 nümayəndəlik əlavə olunaraq onların sayı 13-dən 15-ə çatdırılıb. "Vecon Consulting" Azərbaycanın bölgələrinin 100 faizində təmsilçilik hüququnu qoruyub. Hazırda digər qiymətləndirmə şirkətləri də bu nümayəndələrin xidmətindən yararlanır. Bu isə ölkəmizin qiymətləndirmə sektorunda yeganə faktoloji göstəricidir.
Qiymətləndirmə şirkətləri içərisində peşə riskinin sığortalanmasını həyata keçirən ilk şirkətlərdən olan "Vecon Consulting" şirkəti 2024-cü ildə sığorta təminatını 1,5 milyon manata yüksəldib.
Şirkət daşınar və daşınmaz əmlakın, inşaat materialların qiymətinin təhlili sahəsində fərqlənməyi də bacarıb. Bu il ərzində 12 analitik qiymətləndirmə təhlili ictimaiyyətə təqdim olunub. Bunlardan 10-u ödənişli əsaslarla istifadə edilmə şərti ilə tanınmış iqtisadi portallarda yayınlanıb. Bu hesabatlar paytaxt və regionlar da daxil olmaqla 5 fəaliyyət sahəsini əhatə edib.
Şirkət sayım və inventarizasiya istiqaməti üzrə xidmət portfelini artırıb.
"Vecon Consulting" 2024-cü ildə kommunikasiya imkanlarını, peşəkar fəaliyyət üçün zəruri olan vasitələrin sayını artırıb.
Xatırladaq ki, "Vecon Consulting"  qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb.
Şirkət tanınmış "JSC International Valuation Centre", EVA Gayrimenkul Degerleme və Uvekon şirkətlərinin ölkəmizdəki partnyorudur. Şirkət Mərkəzi Bankın, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. "Vecon Consulting"  MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.
Şirkətin təsisçisi və direktoru Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti, tanınmış iqtisadçı ekspertdir.

Biznes     Tarix: 07 yanvar 2025

Oxşar xəbərlər

"JTI" şirkəti Azərbaycanda yeni nəsil "Ploom AURA" cihazını təqdim edir

"JTI Caucasus" şirkəti, ötən il Azərbaycanda uğurla start götürən "Ploom" tütün qızdırma sistemləri xəttinin ən yeni üzvü – "Ploom AURA" cihazının ölkədə rəsmi satışına başlanıldığını elan edir

"Bir uşağın sabahına işıq ol!" şüarı ilə 22-ci Ənənəvi Xeyriyyə Sərgisi keçirilib – FOTOLAR 

İyunun 5-də Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə "Bir uşağın sabahına işıq ol!" şüarı ilə 22-ci Ənənəvi Xeyriyyə Sərgisi keçirilib. biznes və maliyyə xəbərləri portalına bu barədə Azərbaycan-Türkiyə İş Adamlar

Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib

Bloomberg Milyarderlər İndeksinə görə, Nyu-York birjasının bağlanışında dünyanın ən varlı 500 insanı sərvətinə 336 milyard dollar əlavə edib. Mask tarixdə ilk trilyonçu oldu - YENİ RƏQƏMLƏR. xəbər verir ki, 15 iyunda qeyd

"AZZA"ya yeni rəhbər təyin edilib - DETALLAR

Azərbaycanda şirniyyat evi olan "AZZA"ya yeni rəhbər təyin edilib. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, Nəriman Hüseynov Eldar oğlu "AZZA" QSC-yə yeni rəhbə

Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır

"Bakı Çinar Soyuducuları" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 15 sentyabr 2026-cı il tarixində saat 10:30-da keçiriləcək. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. xəbər verir ki, yığınca

Şirkətin nizamnamə kapitalı ikinci dəfə - KƏSKİN AZALDILIR

"Sinay Group" MMC (VÖEN: 1405509591) nizamnamə kapitalını yenidən azaldır. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 30

"Zaqatala-Fındıq" ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ

"Zaqatala-Fındıq" ATSC-nin (VÖEN: 5100187171) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncağı

Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları - HƏYATA KEÇİRİLİB

Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, PAŞA Maliyyə Holdinqinin məlumatına əsasən, Lukasz Szczepanski Birmarket-in Baş İcraçı Direktor

NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb

NEQSOL Holding Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi ilə Özbəkistanda titan kimi strateji xammal növləri də daxil olmaqla kritik mineralların birgə işlənilməsinə dair əməkdaşlıq sazişi imzalayıb


iqtisadi xeberler valyuta xeberleri kicik biznes bitkoin dollar məzənnəsi