Vergi Məxəlləsinə icarəyə götürülmüş əsas vəsaitlərə çəkilən təmir xərclərilə bağlı dəyişiklik edilir

Vergi Məxəlləsinə icarəyə götürülmüş əsas vəsaitlərə çəkilən təmir xərclərilə bağlı dəyişiklik edilirXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi Milli Məclisdə müzakirə olunur.
Marja.az xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, 2024-cü ildən icarəyə götürülmüş əsas vəsaitlərə çəkilən təmir xərcləri icarə müqaviləsi müddəti ərzində, lakin 5 ildən az olmayan müddətə illər üzrə mütənasib olaraq amortizasiya edilərək gəlirdən çıxılacaq:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
 "Bizcon Audit" MMC-nin direktor-auditoru Anar Bayramov bildirib:
"2024-cü ildən Vergi Məcəllənin 115.6-1-ci maddəsinə dəyişiklik nəzərdə tutulub. Qüvvədə olan mövcud qanunvericiliyə əsasən  icarəçinin balansında uçota alınmayan icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən təmir xərcləri kapitallaşdırılır və təmir edilən həmin əsas vəsaitin amortizasiya norması tətbiq edilərək təmir xərci amortizasiya şəklində gəlirdən çıxılır. Dəyişikliyə əsasən icarəyə götürülmüş əsas vəsaitlərə çəkilən təmir xərcləri icarə müqaviləsi müddəti ərzində, lakin 5 ildən az olmayan müddətə illər üzrə mütənasib olaraq amortizasiya edilərək gəlirdən çıxılacaq. Məsələn, vergi ödəyicisi 10 il müddətinə icarəyə götürdüyü ofisə 10000 manat təmir xərci çəkib. Belə olan halda 10000 manat təmir xərci hər il üçün 1000 manat(10000 manat/10 il) olmaqla gəlirdən çıxılacaq. Əgər icarə müqaviləsinin müddəti 4 illikdirsə, o zaman 10000 manat təmir xərci hər il üçün 2500 manat(10000 manat/4 il) deyil, 2000 manat(10000 manat/5 il) olacaqdır.

Maliyyə     Tarix: 21 noyabr 2023

Oxşar xəbərlər

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn


iqtisadi xeberler biznes qurmaq biznes xeberleri bitkoin 1000 manatla biznes