Vergi və Gömrük planları artıqlaması ilə yerinə yetiriblər - BÜDCƏ AŞIB-DAŞIR

Vergi və Gömrük planları artıqlaması ilə yerinə yetiriblər - BÜDCƏ AŞIB-DAŞIR2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin həmin dövrü ilə müqayisədə Dövlət Vergi Xidməti üzrə 2 milyard 97,3 milyon manat və ya 74,8 faiz çox, Dövlət Gömrük Komitəsi üzrə 313 milyon manat və ya 25,4 faiz çox, Əmlak Məsələləri Dövlət Xidməti üzrə 1,5 milyon manat və ya 23,4 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 33,3 milyon manat və ya 20,2 faiz çox, sair daxilolmalar üzrə 16,3 milyon manat və ya 34,8 faiz çox, Dövlət Neft Fondudan transfert üzrə 1 milyard 181 milyon manat və ya 42,8 faiz az icra edilmişdir.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 131,9 faiz icra edilməklə 6 milyard 714 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illərlə müqayisədə ilk dəfə olaraq 147,1 milyon manat olmaqla dövlət büdcəsində profisitin qeydə alınması deməkdir.
Dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 53,4 faizini təşkil etməklə 4 milyard 430 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 798.4 milyon manat və ya 22,0 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 734,9 milyon manat və ya 19,9 faiz çoxdur. 
Xəbər verdiyimiz kimi, 2023-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri 6 milyard 566,9 milyon manat olmuş, 1 milyard 723,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 343  milyon manat və ya 24,9 faiz çoxdur. 
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektoru üzrə daxilolmaların 59 faizini və ya 2 milyard 615,5 milyon manatını Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar, 34,9 faizini və ya 1 milyard 545 milyon manatını Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 4,5 faizini və ya 198,4 milyon manatını büdcə təşkilatlarının büdcədənkənar daxilolmalar, 1,4 faizini və ya 63,2 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 7,9 milyon manatını Əmlak Məsələləri Dövlət Xidmətinin daxilolmaları təşkil edir.
Dövlət büdcəsinin neft sektoru üzrə daxilolmaları 3 milyard 860 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 417,4 milyon manat və ya 9,8 faiz az (Dövlət Neft Fondundan nəzərdə tutulandan 1 milyard 244 milyon manat az vəsait daxil olub), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 545,5 milyon manat və ya 16,5 faiz çoxdur. 
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmaların 59,2 faizi və ya 2 milyard 284 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 40,8 faizi və ya 1milyard 576 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert təşkil edir. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft gəlirlərinin 67,7 faizi  və 1 milyard 545,7 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 22,5 faizi və ya 513,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,8 faizi və ya 225,2 milyon manatı ABƏŞ-in mənfəət vergisi təşkil edir.
Həmçinin oxu
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumatlar açıqlandı
Vergi və Gömrük planları artıqlaması ilə yerinə yetiriblər - BÜDCƏ AŞIB-DAŞIR

Maliyyə     Tarix: 17 aprel 2023

Oxşar xəbərlər

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes xeberleri internetden pul qazanmaq bitkoin almaq bitkoin qiymeti