"Vətəndaşın büdcə bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən "Vətəndaşın büdcə bələdçisi" hazırlanaraq Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, hər il ənənəvi olaraq hazırlanan bələdçidə dövlət və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin hazırlanması prosesində görülmüş işlər, büdcə gəlirlərinin formalaşma mənbələri və xərclərin istiqamətləri barədə əsas məlumatlar əks olunub.
Büdcə olduqca mürəkkəb və xüsusi bilik tələb edən bir maliyyə sənədi olduğundan onun strukturu ilə bağlı məlumatlar ilkin baxışda sadə vətəndaşlar üçün anlaşılan olmaya bilər. Belə ki, büdcə sisteminə daxil olan büdcələrin tərtibi, onların gəlir və xərclərinin, kəsirinin strukturu, gəlirlərin formalaşma mənbələri, xərclərin istifadə istiqamətləri və kəsirinin maliyyələşmə mənbələri üzrə çoxsaylı məlumatların təhlili xeyli vaxt tələb edir.
Bu baxımdan əhalinin büdcənin mahiyyəti, onun parametrlərinin tərtibi və icrası prosesi, 2023-cü ilin dövlət və icmal büdcələrinin gəlir və xərclərinin strukturu, büdcə-vergi siyasətinin istiqamətləri ilə bağlı qısa və asan anlaşılan məlumatlarla təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış "Vətəndaşın büdcə bələdçisi" vətəndaşların ixtiyarına verilir. Bu məlumat toplusu vətəndaşlara büdcə sahəsində bələdçilik edəcək, büdcənin daha asan və aydın şəkildə başa düşülməsində yardımçı olacaq.
"2023-cü ilin dövlәt büdcәsi dünyada mövcud olan geosiyasi gәrginlik fonunda yaranmış yeni iqtisadi çağırışlara vә Böyük Qayıdışın tәlәblәrindәn meydana çıxan reallıqlara әsaslanır. Bu siyasәtә uyğun olaraq, növbәti ildә işğaldan azad olunmuş әrazilәrin minalardan tәmizlәnmәsi, zәruri infrastrukturun yaradılması işlәrinin daha da sürәtlәndirilmәsi, şәhәr vә rayonlarımızın bәrpası әsas prioritetlәrdәn biridir. Eyni zamanda, ordumuzun müdafiә qabiliyyәtinin daha da möhkәmlәndirilmәsi, dövlәt sәrhәd xәtlәrinin bәrpası vә qorunması, milli tәhlükәsizlik tәdbirlәrinin, vәtәndaşların layiqli vә keyfiyyәtli hәyat şәraitinin tәmin edilmәsi büdcәnin әsas xәrc prioritetini tәşkil edәcәkdir", - deyə bələdçinin ön sözündə bildirilir.
Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq Büdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraq hazırlanan sənəd büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində son illərdə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Bələdçi ilə BU LİNK vasitəsilə tanış ola bilərsiniz. / marja.az

Maliyyə     Tarix: 06 yanvar 2023

Oxşar xəbərlər

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler dollar manat kursu rubl mezenne online pul qazanmaq pul qazanmaq