Veysəloğlu Şirkətlər Qrupu "V-FEST 2024" adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi

Veysəloğlu Şirkətlər Qrupu Veysəloğlu Şirkətlər Qrupu 30 illik yubileyi ilə bağlı 3-cü festival tədbirini, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını paytaxtın tanınmış idman-konsert kompleksi olan "Baku Crystal Hall"da qeyd etdi. Tədbir şirkət əməkdaşları, onların ailə üzvləri, dəvət edilmiş qonaqlar və media nümayəndələri ilə birgə baş tutub. Dekabrın 22-si saat 12:00-da başlayan və gecə saatlarına qədər davam edən təntənəli yubiley mərasimi öz möhtəşəmliyi ilə yadda qalıb.
Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun 30 il ərzində keçdiyi inkişaf yolu və bu istiqamətdə dövlətin yaratdığı münbit şəraitdən bəhs edilib. Eyni zamanda Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin iqtisadiyyat və biznes subyektlərinin ictimai məsuliyyəti ilə bağlı səsləndirdikləri dəyərli fikirlərə xüsusi diqqət çəkilib. Qeyd olunub ki, Veysəloğlunun böyük bir biznes subyektinə çevrilməsində dövlət-özəl sektor tərəfdaşlığının xüsusi rolu var.
Aparıcılar, Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbovun "V-FEST 2024" adlı tədbirdə  iştirak etdiyini bildirərək sözü çıxış üçün ona veriblər. Şirkət rəhbəri qonaqları salamladıqdan sonra rəhbəri olduğu kollektivə səmimi təbriklərini çatdırıb və 30 illik uğur tarixçəsindən danışıb. Çıxışında xüsusi vurğulayıb ki, şirkətin inkişafını təmin edən əsas amillər dövlətin yaratdığı lazımi şərait və dövrün tələbləri ilə ayaqlaşmağı bacaran kollektiv üzvləridir. Buna görə də, Aydın Talıbov ölkə rəhbərliyinə və şirkətin inkişafına töhfə verən hər kəsə minnətdarlığını bildirib.
Aydın Talıbov çıxışında "Veysəloğlu"nun Azərbaycan üçün əhəmiyyətini də qeyd edib. Bildirib ki, ölkə rəhbərliyinin sahibkarlığa göstərdiyi diqqət və qayğı bu Şirkətlər Qrupunu da əhatə edib. Onun sözlərinə görə, bu özəl qurumun uğurlu fəaliyyəti və ölkənin sosial-iqtisadi həyatına verdiyi töhfələr dövlətin sahibkarlığa verdiyi yüksək qiymətin bariz nümunəsidir.
Qeyd edək ki, tədbirdə ailə üzvləri ilə iştirak edən qonaqlar müxtəlif çeşidli yeməklərdən dadaraq, respublikanın tanınmış estrada ulduzlarının və rəqs ansambllarının təşkil etdiyi yaddaqalan konsert proqramını izləyiblər.
Tədbirin sonunda Veysəloğlunun əməkdaşı olan iştirakçılar (rəhbər heyətdə çalışanlar istisna olmaqla) minik avtomobili və digər qiymətli hədiyyələr üzrə keçirilən püşkatmada bəxtlərini sınayıblar. Bununla da, Veysəloğlu qaliblərə həmişəlik yadda qalacaq uduş sevinci bəxş edib. Daha sonra Aydın Talıbov xüsusi tortu kəsərək tədbirdə iştirak edən hər kəsə minnətdarlığını ifadə edib. / fed.az

Biznes     Tarix: 24 dekabr 2024

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların


iqtisadi xeberler investisiya pul qazanmaq dollar manat kursu bitkoin qiymeti