"Veysəloğlu" yaşıl iqtisadiyyatla bağlı beynəlxalq şirkətlə - ƏMƏKDAŞLIĞA BAŞLADI
Şirkətlər Qrupu 63 ədəd yeni çoxtemperaturlu yük avtomobili ilə atmosferə buraxılan karbon emissiyasının azaldılmasına töhfə verməyə çalışır
FED.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "AVT Logistics" MMC ilə beynəlxalq şirkət olan "Gorica Group" arasındakı anlaşmaya əsasən 63 ədəd 5 və 11 ton tutumlu çoxtemperaturlu yük avtomobili alınıb. Bu avtomobillər sayəsində müxtəlif temperaturlarda daşınmalı olan məhsullar vahid səfərdə daşına biləcəyi üçün yollarda gedilən məsafə, dolayısı ilə isə atmosferə buraxılan karbon emissiyası azalır.
Şirkətlər arasında sazişi Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov və "Gorica" Qrupun sahibi Ivan Fornazaric imzalayıb.
"Bizim üçün bu əməkdaşlıq yalnız biznes məsələsi deyil, həm də ölkəmizin dayanıqlı inkişaf məqsədlərinə öz töhfəmizi vermək üçün ətraf mühitin mühafizəsinə investisiyadır. Dövlətin "yaşıl iqtisadi" transformasiyasını sürətləndirmək öhdəliyi ilə bağlı islahatlara dəstək olmağa çalışırıq", - deyə Aydın Talıbov bildirib.
Bu nəqliyyat vasitələrindən istifadə nəticəsində aylıq qət edilən məsafəyə 130,000 kilometr qənaət edilməsi proqnozlaşdırılır. Yenilik nəticəsində Veysəloğlu Şirkətlər Qrupu atmosferə buraxılan karbon emissiyasını ayda 290 min kq, ildə isə təxminən 3,5 milyon kq azaltmağı hədəfləyir.
Qeyd edək ki, "AVT Logistics" avtomobilləri hər gün 64 min kilometr yol qət edərək Azərbaycanın 4,500 nöqtəsində müştərilərə məhsul çatdırır.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
IMEI kod nədir?
SMM nədir?
Biznes nədir və hansı növləri var?