"WhatsApp" dizaynını tamamilə dəyişdi
WhatsApp" "Android" və "iOS" əməliyyat sistemlərində mesencerin dizaynını tamamilə dəyişib.
Bu barədə tətbiqin "X" sosial şəbəkə hesabında xəbər verilib.
Yenilənmiş dizayn sistem yaşıl rəng sxemini itirib və mövzusundan asılı olaraq ağ, yaxud qara rəngə çevrilib. Bununla belə bildiriş nişanları və funksiya düymələrində yaşıl rəng qalır.
"Parametrlər" bölməsində yeni animasiyalar peyda olub və nişanlar dəyişdirilib.
"Android"də yeni naviqasiya paneli peyda oldu.
"iOS"da foto, video və sənədlərin göndərilməsi üçün interfeys dəyişib.
Bundan əlavə, proqramın "Android" versiyasında naviqasiya paneli ekranın aşağı hissəsinə köçürülüb. Bu, mesenceri "iPhone" versiyasına bənzədir.
Tərtibatçılar qeyd ediblər ki, onlar qaranlıq rejimə diqqət yetiriblər. Yenilik daha yüksək kontrast səviyyəsini və daha dərin tünd çalarları təmin edir, bu isə zəif işıqlı şəraitdə gözə yükü azaldır.
Həmçinin ekranın yuxarı hissəsində "Meta" neyron şəbəkəsinin süni intellektin inteqrasiya olunduğu axtarış paneli peyda olub.
Dizaynın yenilənmiş versiyası artıq "Android" və "iOS" sistemlərində "WhatsApp" istifadəçiləri arasında yayılmağa başlayıb. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Green Card nədir və onu necə əldə etmək olar?
SMM nədir?
Bitcoin nədir?
Dünyanın ən çox maaş verən şirkətləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?