Xalq Bank Türk Eximbankın sindikat kreditləşməsində iştirak edib
®13 may 2024-cü il tarixdə Xalq Bank Türk Eximbankın (Türkiye İhracat Kredi Bankası A.Ş.) 728 mln ABŞ dolları məbləğində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Kredit ətraf mühit, idarəetmə və sosial məsuliyyət prinsiplərinə istinad edən ESG standartlarına uyğun istifadə olunacaq.
Layihədə müxtəlif ölkələrdən 34 maliyyə qurumu yer almışdır. Xalq Bankın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Türk Eximbank 1987-ci ildən fəaliyyət göstərir və ölkənin dayanıqlı ixrac strategiyasını aktiv dəstəkləyən dövlət bankıdır. 2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balans göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
ABB partnyorları ilə görüş ®
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Bitcoin nədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
SMM nə deməkdir?