Xaricdə təhsil almış daha 30 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil almış daha 30 nəfərin diplomu tanınmayıbMart ayı üzrə xaricdə təhsil almış və diplomunun tanınması ilə bağlı 516 müraciətçinin 486-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 30 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, təhsil forması səbəbi ilə 2, akkreditasiyasız ali təhsil müəssisəsi üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 219, Rusiya Federasiyasından 110, Türkiyə Respublikasından 95, Belarus Respublikasından 25, Gürcüstandan 19, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 74, maliyyə üzrə 67, menecment üzrə 39, hüquqşünaslıq üzrə 35, bizensin idarə edilməsi üzrə 31 müraciətçi qeydə alınıb.
Sənədlərə ortalama baxılma müddəti 14 iş günü təşkil edib.
Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az keçidinə daxil ola bilərlər. / marja.az

Maraqlı     Tarix: 04 aprel 2023

Oxşar xəbərlər

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə


iqtisadi xeberler avtomobil xeberleri biznes xeberleri online pul qazanmaq biznes ideyalari