Xarici vençur fondu Azərbaycan bazarına daxil olur, yeni şirkəti təsis olunacaq

Xarici vençur fondu Azərbaycan bazarına daxil olur, yeni şirkəti təsis olunacaq"PAŞA Holdinq"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammiti çərçivəsində "White Hill Capital" vençur fondu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında yeni vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair Təsis Müqaviləsinin imzalanma mərasimi keçirilib.
"White Hill Capital" fondunun nizamnamə kapitalı açıqlanıb
FED.az xəbər verir ki, müqaviləni İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov və "White Hill Capital" vençur fondunun idarəedici ortağı Aslan Sultanov imzalayıblar.
Müqavilənin imzalanma mərasimində çıxış edən İRİA-nın sədri Fərid Osmanov bildirib ki, Azərbaycan ekosisteminə yeni xarici vençur fondunun daxil olması yerli startapların qlobal mühitə inteqrasiyasını sürətləndirəcək.
"Biz İRİA olaraq startaplarımızın vençur maliyyələşmə mexanizmlərinə çıxışı üçün yeni imkanlar yaratmağa davam edirik. Bu gün bu istiqamətdə növbəti addımı atdıq. "White Hill Capital" vençur fondu regional yatırımları ilə öz effektivliyini sübut edib və biz istərdik ki, Azərbaycan ekosistemi də bu fondun resurslarından yaxın perspektivdə mümkün qədər faydalansın", - deyə Fərid Osmanov vurğulayıb.
"White Hill Capital" vençur fondunun idarəedici ortağı Aslan Sultanov çıxış edərək Azərbaycan ekosisteminin yüksək potensialını və məhz buna görə də investorlar üçün artan cəlbediciliyini vurğulayıb. O qeyd edib ki, "White Hill Capital"ın Azərbaycan bazarına daxil olması fondun investisiya portfelinin perspektivli yatırımlarla genişlənməsinə, digər tərəfdən isə Azərbaycanda vençur maliyyələşməsi mühitinin diversifikasiyasına xidmət edəcək.
Tədbirin yekununda "White Hill Capital" vençur fondunun investisiyası nəticəsində böyüyən Azərbaycanın "Push30" və Tacikistanın "Zypl" startaplarının təqdimatları baş tutub. Startap nümayəndələri fondun maliyyə dəstəyi modeli və fond tərəfindən edilən yatırımların startapların miqyaslanmasına verdiyi əhəmiyyətli töhfə haqqında ətraflı məlumat paylaşıblar.
Qeyd edək ki, "White Hill Capital" 2021-ci ildə Qazaxıstanda təsis edilmiş regional vençur fondudur və əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir. Yeni müqavilə çərçivəsində Azərbaycanda vençur kapital mühitinin genişlənməsi və yerli startapların beynəlxalq bazarlara inteqrasiyası dəstəklənəcək. Tədbirdə, həmçinin "White Hill Capital" fondu tərəfindən dəstəklənmiş startapların təqdimatları da baş tutub.

İnvestisiya     Tarix: 07 yanvar 2026

Oxşar xəbərlər

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 049,8 milyon manat investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlə

Ticarət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik

Böyük Britaniya şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi və investisiya yatırması üçün imkanlar mövcuddur. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin sualların

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

​Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ötən il ticarət dövriyyəsinin ümumi həcmi 9 milyard ABŞ dollarını ötüb. . Azərbaycan TDT-nin Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar ayırıb

Prezident: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

Azərbaycan Prezidenti İlham Əliyev bu gün iki mühüm müqavilənin imzalanacağını açıqlayıb. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiy

İlham Əliyev: Kamboca ilə ticarət-investisiya sahəsində birgə işçi qrupu yaratmışıq

Azərbaycanla Kamboca arasında ticarət-investisiya sahəsində əməkdaşlığımızın praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupu yaratmışıq. xəbər verir ki, bunu Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hu

İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib. Dövlət Statistika Komitəsinin 2026-cı ilin 9 ayı üzrə "Əsas makroiqtisadi göstəricilərin icmalı"n

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək

Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədə

Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov 

"Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin çoxu mənfəətlərini ölkəyə, o cümlədən bərpa olunan enerjiyə yenidən yatırır". biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayı


iqtisadi xeberler biznes xeberleri internetden pul qazanmaq bitcoin qiymeti biznes ideyalari