XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT YAYDI

XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT YAYDIAzərbaycan Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.
KONKRET.azxəbər verir ki, bəyanatda deyilir:
"Bu gün, 31 mart tarixi ermənilər tərəfindən etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinə məruz qalmış azərbaycanlıların xatirəsinin yad edildiyi Azərbaycanlıların Soyqırımı Günüdür.
Qeyd olunub ki, 105 il bundan öncə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində on minlərlə dinc azərbaycanlıya qarşı amansız qətliamlar həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.
Radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin ayrılmaz tərkib hissəsi olan sözügedən qətliamların sistematik və planlı xarakter daşıması, Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın törədilmiş qətliamlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgərinin iştirak etdiyinə dair etiraflarında da sübut olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra hökumət tərəfindən ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası təsis edildi. Komissiyanın fəaliyyəti nəticəsində sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açıldı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu. Lakin azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan bu ilk addımın davam etdirilməsi Azərbaycan Respublikasının Sovet ordusu tərəfindən işğalı səbəbindən yarımçıq qaldı.
Hadisələrə adekvat siyasi qiymətin verilməsi məsələsi Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra, Ümummilli Lider Heydər Əliyev tərəfindən 26 mart 1998ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının imzalanması ilə həllini tapdı və sözügedən Fərmana əsasən 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" kimi təsis edildi. Azərbaycanlıların Soyqırımı Gününün təsis edilməsi azərbaycanlıların məruz qaldığı etnik təmizləmə siyasəti və soyqırımı cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında müstəsna əhəmiyyət kəsb edir.
Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olan etnik təmizləmə, soyqırımı və digər insanlıq əleyhinə cinayətlər Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı da davam etdirildi. Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası, o cümlədən Azərbaycan ərazilərinin işğalı nəticəsində öz yurdlarından didərgin düşən həmvətənlərimiz Ermənistanın etnik təmizləmə siyasətinə məruz qaldı, dinc əhali Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərin qurbanına çevrildi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinə qarşı törədilən raket hücumları Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirdiyini bir daha sübuta yetirdi.
Mart qırğınlarının 105-ci ildönümündə Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı, irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin günahsız qurbanlarını dərin hüzn və rəhmətlə anır, bu kimi cinayətlərin qarşısının alınması və təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq.
Ədalətin bərpa olunmasının regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə mühüm töhfə verəcəyinə inanan Azərbaycan, öz növbəsində mövcud beynəlxalq hüquqi çərçivədə cəzasızlığa son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək".

Xəbərlər     Tarix: 31 mart 2023

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank") daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. xəbər verir ki, bu, noyabrın 20-dən tətbiq ediləcək

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə

Almaniyanın maliyyə naziri: "Aİ lazım gələrsə öz bazarını qoruyacaq"

Almaniyanın maliyyə naziri Lars Klinqbeyl Pekinə səfəri zamanı Çindəki həddindən artıq potensial problemini müzakirə edib və həll yolu tapılmasa, Avropa Birliyinin hərəkətə keçəcəyini vurğulayıb. "Mən açıq şəkildə bildirdi

Çin Yaponiyaya iqtisadi təzyiqi artırır

Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki

Fransaya 9,2 milyard avro sərmayə qoyulub - Şirkət rəhbərləri narazıdır

Fransa Maliyyə Nazirliyi şirkətlərin ölkəyə sərmayə qoymaq üçün 9,2 milyard avro öhdəlik götürdüyünü açıqlayıb. Siyasi təlatümlərə baxmayaraq, hökumət avrozonanın ikinci ən böyük iqtisadiyyatının cəlbedici biznes məkanı olara

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub

Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,

Neftin qiyməti yüksəlib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiymətində yüksəliş var. xəbər verir ki, Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1


iqtisadi xeberler biznes qurmaq online pul qazanmaq kicik biznes bitcoin qiymeti