Xoşdur ki, məni yalnız 'uşaq-muşaq' dinləmir
Xalq artisti, sevilən müğənni Brilliant Dadaşovanın başına iş gəlib.
azxeber.com xəbər verir ki, moderator.az-a açıqlama sənətkar bildirib ki, yutub sosial şəbəkəsindən mahnılarını siliblər.
"İndi yutuba baxsanız görəcəksiniz ki, mahnılarım 2-3 il bundan öncə yüklənilib. Çünki 20 il bundan əvvəl internetdə, yutubda olan mahnılarımın hamısını siliblər. Bu işlə kimsə xüsusi məşğul olur. Nə gözəl ki, məni qəlblərdən silə bilmirlər. O mümkün deyil! Tək məni yox, ümumiyyətlə qəlbdə olan insanları silmək mümkün deyil" deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, bütün nəsillərin onu dinləməsi xoşuna gəlir.
"Çox xoşdur ki, məni yalnız "uşaq-muşaq" yox, ahıl, qocaman, musiqini bilən insanlar da dinləyirlər. Bu mənim üçün təsəlliverici bir haldır. Çünki mən də uşaq olanda bilmədiyim bəzi mahnılara qulaq asırdım. Biləndə isə deyirdim ki, "bunu nə pis oxuyublar?". İnsan dərk etdikcə bunu bilir, başa düşür. Görünür ki, o insanlar da mənim oxuduğum mahnıda, musiqidə dünyanı, həyatı daha çox dərk edirlər. Demək ki, bu məhəbbət hələ də davam edir. Mən belə fikirləşirəm ki, "kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Hər nə sənət sahibi olursa-olsun insan onun kamili olmalıdır" deyə xalq artisti bildirib.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
"Freelance" nədir?
Kriptovalyuta nədir və necə alınır?
Biznesə aid ən yaxşı 10 kitab
Kriptovalyuta nədir?
McDonalds haqqında maraqlı faktlar