Yanvarda Azərbaycan Türkiyəyə qaz nəqlini cüzi azaldıb

Yanvarda Azərbaycan Türkiyəyə qaz nəqlini cüzi azaldıbBu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 877.74 milyon kubmetr təbii qaz ixrac edilib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 0.47% azdır.
Bununla da yanvarda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 13.46%-i Azərbaycanın payına düşüb.
Ümumilikdə isə yanvarda Türkiyə ümumilikdə 6 milyard 519,70 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 7.8% çoxdur.
Bu ilin ilk ayında Rusiya Türkiyəyə qaz ixracına görə birinci olub. Yanvarda Rusiyadan Türkiyəyə 2 milyard 681,63 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 29.73% çoxdur.
Yanvarda üçüncü yerdə ABŞ qərarlaşıb. Bu ölkə yanvarda Türkiyəyə 1 milyard 044,60 milyon kubmetr qaz nəql edib. Bu, 2023-cü ilin ilk ayı ilə müqayisədə 42.41% çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. / banker.az

Xəbərlər     Tarix: 28 mart 2024

Oxşar xəbərlər

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm


iqtisadi xeberler avtomobil xeberleri dollarin kursu bu gun valyuta xeberleri valyuta kurslari