Yaponiya hökuməti tam tərkibdə istefa verdi
Avqustun 10-da Yaponiya hökuməti tam tərkibdə istefa verib.
Bu barədə KONKRET.az "Kyodo" xəbər agentliyinə istinadən məlumat verir.
Ölkənin Nazirlər Kabinetinin növbədənkənar iclası yerli vaxtla saat 11:30-da ( Bakı vaxtı ilə 06:30) başlayıb. Baş nazir Fumio Kişidanın rəhbərliyi ilə Yaponiya hökumətinin yeni tərkibinin tezliklə məlum olacağı gözlənilir.
Kabinet dəyişikliyi əvvəlcə sentyabrın əvvəlində baş verməli idi, lakin Kişida yeni kapitalizm iqtisadi konsepsiyasının təşviqini sürətləndirmək planları, ərzaq və yanacağın artması ilə əlaqədar tədbirlər görmək zərurəti səbəbindən bunu indi etmək qərarına gəlib.
Yaponiya hökumətinin bu tərkibi 2021-ci il oktyabrın 4-də Kişida baş nazir postunu tutduğu zaman formalaşıb.
Qeyd edək ki, Yaponiyada son üç həftə ərzində Nazirlər Kabinetinin reytinqi 10 faizədək aşağı düşüb. Bunun səbəbi kimi, ilk növbədə ölkə daxilində baş verən proseslər – inflyasiya və siyasətçilərin "Birlik kilsəsi" ilə şübhəli əlaqəsi göstərilir. Buna baxmayaraq, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra hökumətin xarici siyasətdə dəyişikliklər aparacağı gözlənilmir.//Report

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Whatsapp biznesin üstünlükləri nələrdir?
İlon Mask kimdir?
Dünyanın ən bahalı restoranları
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər