Yaponiya Mərkəzi Bankından sürpriz qərar
Yaponiya Mərkəzi Bankı (BOJ) sürpriz bir qərarla Yaponiya dövlət istiqrazlarının gəlirliliyi üzrə dalğalanma diapazonunu artırıb.
Qərara görə, BOJ indi 10 illik Yapon istiqrazlarının gəlirliliyinin mənfi və ya müsbət 0,25 faiz bəndi əvəzinə, mənfi və ya müsbət 0,50 faiz bəndi civarında dəyişməsinə icazə verəcək.
Bu qərar, 10 illik istiqrazların daha geniş diapazonda ticarət olunmasına imkan verir. Bankın yaydığı press-relizdə, qərarın yumşaq pul siyasətinin davamlılığını artıracağı bildirilib.
İclasda BoJ əsas uçot dərəcəsini mənfi 0,1 faiz səviyyəsində saxlayıb. BOJ hər ay istiqraz alışlarını əhəmiyyətli dərəcədə artıraraq 9 trilyon yenə (67,5 milyard dollar) çatdıracağını açıqlayıb. Bu rəqəm daha əvvəl ayda 7,3 trilyon yen olaraq açıqlanmışdı.
Bloomberg-in sorğusuna qatılan 47 iqtisadçının hamısı siyasətdə heç bir dəyişikliyin olmayacağını proqnozlaşdırırdılar.
BOJ borclanma xərclərini aşağı səviyyədə saxlamaqda davam edir. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt