Yaşıl biznes necə olmalıdır?

Yaşıl biznes necə olmalıdır?İqlim dəyişiklikləri ilə mübarizə, ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə fonunda yaşıl bizneslərin önəmi artmaqdadır.
"Yaşıl biznes standartı"nın hazırlanması üzərində çalışırıq"
FED.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Yaşıl biznes dedikdə ekoloji və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ətraf mühitə və cəmiyyətə müsbət təsir etməyə çalışan iş modeli nəzərdə tutulur. Fəaliyyətində yaşıl prinsipləri əsas götürən bizneslər ətraf mühitə dost olur, resurslardan daha səmərəli istifadə edir, az tullantı yaradır, ekoloji təmiz məhsul və xidmətlər istehsal edir. Bir sözlə, yaşıl biznes yalnız gəlir əldə etməyi deyil, həm də ətraf mühitin və cəmiyyətin rifahını ön planda tutmağı hədəfləyir.
Ətraf mühitə münasibətdə məsuliyyətli davranış istehsal zamanı birbaşa təsirlərin aradan qaldırılması ilə məhdudlaşmır, ümumilikdə yaşıl davranışların təşkilatın bütün biznes proseslərinə və idarəetmə sisteminə inteqrasiyasını zəruri edir. Bu baxımdan yaşıl planlama, yaşıl idarəetmə üzrə strategiya və siyasətlərin hazırlanması və tətbiq olunması əhəmiyyətlidir. Ekoloji təmiz xammal və materialların seçilməsi, su, enerji və torpaq ehtiyatlarından səmərəli istifadə, tullantıların düzgün idarəedilməsi, yaşıl maliyyələşmə kimi amillər yaşıl fəaliyyətin təşkili üçün zəruridir. Yaşıl biznes idarəetmə sisteminin tətbiqi ilə yanaşı, onun mütəmadi olaraq monitorinqinin aparılmasına, qiymətləndirilməsinə və təkmilləşdirilməsinə də diqqət yetirilməlidir.
Bu yaxınlarda qəbul edilmiş AZS 962:2024 "Yaşıl biznesin idarəedilməsi sistemləri" dövlət standartı bizneslərin hansı istiqamətdə hansı yaşıl prinsipləri tətbiq edə biləciyini göstərməklə həm də faydalı təlimat rolunu oynayır. Yeni standartın tətbiqi bizneslərin, o cümlədən KOB-ların yaşıl biznes modelinə keçidini asanlaşdırmaqla qlobal bazarda daha rəqabətqabiliyyətli olmasına imkan verəcək. KOB-ların ətraf mühitə təsirinin minimuma endirilməsini, resurslardan səmərəli istifadəni və ekoloji məsuliyyəti artırmağı nəzərdə tutan yeni standart, həmçinin ekoloji innovasiyaların stimullaşdırılmasına xidmət edəcək.
Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və dəstəyi ilə hazırlanmış yeni standart beynəlxalq müstəvidə ilk belə təcrübələrdəndir.
Qeyd edək ki, AZS 962:2024 "Yaşıl biznesin idarəedilməsi sistemləri" dövlət standartı "ESDGoals" MMC tərəfindən təqdim edilən standart layihəsi çərçivəsində "Uyğunluğun qiymətləndirilməsi" (AZSTAND/TK 08) və "Ekologiya" standartlaşdırma üzrə Texniki Komitələrdə (AZSTAND/TK 09) müzakirə edilib, ümumi razılıq əsasında qərar qəbul edilərək təsdiq edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim olunub. Standart bu yaxınlarda müvafiq institut tərəfindən qəbul olunub.

Biznes     Tarix: 25 oktyabr 2024

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler investisiya bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu