"Yeddilik Qrupu" ölkələri Rusiya neftinin qiymət həddi ilə bağlı razılığa gəldi
"Yeddilik Qrupu" (G7) ölkələri, Avropa İttifaqı və Avstraliya dekabrın 5-dən öz ərazilərindən və gəmiləri ilə daşınan Rusiya neftinin qiymətini bir barel üçün 60 dollar həddində olması barədə razılığa gəliblər.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının yayılan bəyanatında və izahat sənədlərində deyilir.
Qeyd olunub ki, "Yeddilik Qrupu" ölkələri Rusiya neftinin qiymət həddi ilə bağlı razılığa gəliblər və Avropa İttifaqı Şurası da paralel olaraq bu qərarı təsdiqləyib.
"Qiymət həddi bir barel üçün 60 dollar səviyyəsində müəyyən ediləcək və bazar dəyişikliklərinə uyğun olaraq tənzimlənəcək. Qərar xam neft üçün dekabrın 5-dən, neft məhsulları üçün isə fevralın 5-dən qüvvəyə minəcək" – deyə, məlumatda vurğulanıb.
Vurğulanıb ki, dekabrın 5-dək yüklənmiş və yanvarın 19-dək təyinat limanında boşaldılan gəmilər üçün dənizdən tədarük edilən Rusiya nefti üçün 45 günlük güzəşt müddəti olacaq.
Avropa Komissiyası əlavə edib ki, Rusiya neftinin Aİ ölkələrinə tədarükünə qoyulan embarqo dekabrın 5-də qüvvəyə minəcək, lakin Aİ tankerləri nefti yalnız qiymət həddindən aşağı satıldığı təqdirdə üçüncü ölkələrə daşıya biləcək.
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi