Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib
®Yelo Bank-ın dəstəyi ilə gənc xanımların inkişafını və karyera imkanlarını genişləndirən "Violette Mentorship" proqramının növbəti məzun günü keçirilib. Bankın ev sahibliyi etdiyi builki məzuniyyət tədbiri 15-25 yaş arası gənc qızların inkişaf resurslarına çıxışını qeyd etmək baxımından maraqlı müzakirələr və böyük hədəflərlə yadda qalıb.
Tədbirdə çıxış edən Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova rəhbər vəzifələrdə qadınların rolunun artırılmasının vacibliyini vurğulayıb. O, bəzi sahələrdə, xüsusilə də maliyyədə qadın rəhbərlərin balansının hələ də aşağı olduğunu, lakin bu vəziyyətin ilbəil pozitivə doğru dəyişdiyini qeyd edib. Bu müsbət tendensiyanın davamlı olması üçün mentorluğun əhəmiyyətinə toxunan G.Cəlilova, hər bir məzunun gələcəkdə özünün mentora çevrilməsinin və beləliklə, qadın inkişafını təmin edən böyük bir "dəstək zənciri" formalaşdırmağın vacibliyini diqqətə çatdırıb.
Mərasim çərçivəsində keçirilən "Mentidən liderə: öz hekayəsini yazan qadınlar" adlı panel müzakirəsində uğurlu qadın peşəkarlar öz karyera yolları, qarşılaşdıqları çətinliklər və liderlik təcrübələri barədə iştirakçılarla fikirlərini bölüşüblər. Paneldən sonra təşkil olunan 1 saatlıq netvörkinq sessiyası isə mentor və mentilərin yaxından tanış olmasına və layihə iştirakçılarının bir-biri ilə sıx şəbəkələşməsinə gözəl şərait yaradıb. Tədbirin sonunda builki proqramı uğurla tamamlayan 33 məzuna təntənəli şəkildə sertifikatlar təqdim olunub.
Yelo Bank gənc xanımların potensialını real uğura çevirən və cəmiyyətdə pozitiv dəyişikliklərə yol açan bu cür sosial layihələrin davamlılığını gələcəkdə davam etdirəcək.
Bankdan lombard krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!








/ banker.az

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Hökumət 2030-cu ilədək dolları 1.7 manat səviyyəsində götürüb – Proqnoz açıqlandı
Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib
Süd vəzi xərçənginə dəstək məqsədilə "GüclüSən" sığorta məhsulu təqdim olunub.
"Bank of Baku"nun biznes kreditləri portfelində əhəmiyyətli artım qeydə alınıb
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı
IMEI kod nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın ən varlı 10 adamı
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Biznes qurmaq üçün nə lazımdır?