Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib

Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib®Yelo Bank ardıcıl ikinci ildir ki, qadın liderliyinə həsr olunmuş regionun ən böyük tədbiri — SHE Congress-ə dəstək olur. Fərqli sferalarda uğurları ilə seçilən 500-dən çox yerli və xarici qadının qatıldığı builki konqresi mövzusu "İndinin gücü: Anı yaşa" (The Power of Now: Live the Moment!) idi. Tədbirdə qadınların biznes və şəxsi inkişaf sahəsində qarşılaşdıqları çağırışların, həll yollarının, şirkətlərin öz fəaliyyətində tətbiq etdiyi uğurlu strategiyaların müzakirəsi aparılıb. 
Yelo Bank tədbirdə İdarə Heyətinin sədri Anar Həsənov və İdarə Heyətinin sədr müavini Günay Cəlilova ilə təmsil olunub. Anar Həsənov öz çıxışında biznesdə inklüzivliyin vacibliyindən bəhs edərək dünyada və ölkəmizdə mövcud vəziyyəti dəyərləndirib. Daha sonra Günay Cəlilova ilə birlikdə "Azerbaijan Business Women" təşkilatının təsisçisi Tatyana Mikayılovanın moderatorluğu ilə keçirilən panel müzakirədə iştirak ediblər. Onlar öz çıxışlarında rəhbər rollarında, xüsusilə maliyyə sektorunda qadın təmsilçilərin kifayət qədər təmsil olunmamasından söz açıblar. Paneldə şirkətlərin fəaliyyətində müxtəlifliyin vacib rolu və bizneslərdə inklüziv mühiti inkişaf etdirmək üçün istifadə edilə biləcək strategiyalar vurğulanıb.
Tədbir fərqli çıxışlar, uğur hekayələri və ilhamverici panel müzakirələri ilə davam edib. İştirakçılar fikir mübadiləsi aparmaq, ən yaxşı təcrübələri öyrənmək, həmçinin faydalı əlaqələr qurmaq imkanı də əldə ediblər. Bütün bunlarla yanaşı, tədbir sürpriz hədiyyələri ilə də yadda qalıb. Təsadüfi seçimlə müəyyənləşdirilmiş şanslı iştirakçılar Yelo Bank-dan iPhone 15 və Yelo Infinite kartını qazanıblar.
Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində Yelo Bank bərabərliyə, müxtəlifliyə və inklüzivliyə dəyər verilən gələcəyi dəstəkləyir. Qadınların səlahiyyətlərinin genişləndirilməsinin daha güclü iqtisadiyyata və daha sağlam cəmiyyətə gətirib çıxaracağına inanan Yelo Bank sonrakı fəaliyyətində də SHE Congress kimi təşəbbüsləri dəstəkləməyə davam edəcək.
 Yelo Bank-dan kredit goturmek istəyirdiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilibYelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilibYelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilibYelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilibYelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilibYelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib/ banker.az

Banklar     Tarix: 27 may 2024

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler online pul qazanmaq kripto dollar kursu bu gunun xeberleri