"Yeni fərman qeyri-neft sektorunda sahibkarların fəaliyyətini genişləndirəcək"

Prezident İlham Əliyevin "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ" haqqında 2022-ci il 20 dekabr tarixli Fərmanı sahibkarların dövlət tərəfindən dəstəklənməsi və təşviqini, eyni zamanda, investisiya mühitinin daha da inkişaf etdirilməsini özündə ehtiva edir.
Bakı və digər ərazilər üçün minimal investisiya məbləği - MÜƏYYƏNLƏŞİB
FED.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, bu Fərman investisiya təşviqi sənədlərinin verilməsi qaydalarının təkmilləşdirilməsində, həmçinin sektorlar üzrə minimum məbləğlərin təsdiqlənmənsində rol oynayacaq. Belə ki, investisiya təşviqi sənədi Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda, sənaye məhəllələrində və aqroparklarda, turizm və rekreasiya zonalarında həyata keçiriləcək layihələrə aiddir. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə strateji investisiya layihələri təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 3 il ərzində verilir. Məqsəd fərdi sahibkarların, eləcə də fiziki və hüquqi şəxslərin daha yaxından dəstəklənməsi və onların vergi güzəştlərindən istifadə imkanlarının genişləndirilməsidir. Nəzərə alsaq ki, burada mənfəət, gəlir, ölkəyə texnologiyalar idxal edilən zaman xüsusi güzəştlər var və bu da biznesin inkişafı üçün yeni imkanlar açır.
"Sənəd birmənalı şəkildə, yerli biznesin inkişafını təşviq etməklə qeyri-neft sektorunda sahibkarların fəaliyyətinin genişləndirilməsinə və bütövlükdə enerjidən kənar sektorda istehsal həcminin artmasına imkan verəcək. Bu, eyni zamanda, "Azərbaycanın 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri"nə uyğundur. Praktik olaraq, yeni sənəd qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar deməkdir, - deyə deputat qeyd edib. (Azərtac)

İnvestisiya     Tarix: 21 dekabr 2022

Oxşar xəbərlər

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı v

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib


iqtisadi xeberler investisiya kicik biznes kripto avtomobil xeberleri