Yeni kassa aparatları quraşdırılır, milyardlar üzə çıxır - 3 AYDA 5 MİLYARD MANAT QEYDƏ ALINDI
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Xidmətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, indiyədək ölkə ərazisində 87 min 390 ədəd yeni nəsil NKA quraşdırılıb.
Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar-mart ayları ərzində (ilk 3 ayda) yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 5 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz çoxdur.
Ötən ilin sonunadək ölkə ərazisində 83 min 216 ədəd belə NKA quraşdırılmışdı.
2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manatdan çox olub ki, bu da 2021-ci illə müqayisədə 4,1 milyard manat və ya 26,6 faiz çoxdur. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları