Yeni nəsil Xiaomi 14 smartfonları təqdim edilib – Qiymətlər
"Xiaomi" şirkəti yeni nəsil "Xiaomi 14" smartfonlarını təqdim edib. "Xiaomi 14" və "Xiaomi 14 Pro" modellərinin özəlliyi prosessor və displeydir. Bundan əlavə, cihazlar Snapdragon 8 Gen 3 çipi ilə təchiz edilmiş ilk smartfonlar olub.

"Pro" versiyası Allaround Liquid Display texnologiyalı 6.7 düymlük WQHD+ displeyinə malikdir, burada ekran daimi əyriliyi təmin etmək üçün dörd tərəfdən və künclərdə bir qədər aşağı əyilir. Cihaz həmçinin sələfi ilə müqayisədə artan möhkəmliyə malik yeni nəsil keramik qoruyucu şüşə alıb.

Hər iki smartfon dörd mikrofon və Dolby Atmos dəstəkləyən stereodinamiklərlə təchiz olunub. "Xiaomi 14" modeli ağ, qara və yaşıl, "Xiaomi 14 Pro" isə ağ qara, yaşıl və çəhrayı rənglərdə mövcuddur.
Yeniliklər 5G SA/NSA, Dual 4G VoLTE, Wi-Fi 7 802.11be, Bluetooth 5.3, GPS (L1 + L5), NavIC və NFC texnologiyalarını dəstəkləyir.
Cihazlar Xiaomi HyperOS əməliyyat sistemi üzərində işləyəcək. Yeni əməliyyat sistemi "Xiaomi" şirkətinin smartfonlarında, ağıllı ev cihazlarında və avtomobillərində görünəcək. Çində qiymətlər aşağıdakı kimidir:
"Xiaomi 14" qiymətləri: 8/256 Gb – 3999 yuan ($545); 12/256 Gb – 4299 yuan ($585); 16/512 Gb – 4599 yuan ($625); 16/1 Tb – 4999 yuan ($680).
"Xiaomi 14 Pro" qiymətləri: 12/256 Gb – 4999 yuan ($680); 16/512 Gb – 5499 yuan ($750); 16/ 1 Tb – 5999 yuan ($820). Cihazları hələki yalnız Çində sifariş etmək mümkündür. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Onlayn biznes növləri
Dünyanın əh bahalı brendləri - TOP-10
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Layihə menecmenti nədir?
Ən bahalı otellər hansılardır?