Yeni "Qoşa" lotereyası - SATIŞA ÇIXIB
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" bir-birindən maraqlı oyunları ilə sevindirməyə davam edir.
biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu dəfə yeni "Poz-Qazan" oyunu "Qoşa" lotereyasının biletləri satışa çıxıb.
40 ədəd 4000 manat böyük uduş və minlərlə digər uduşlarla zəngin bu "Poz-Qazan" oyununda qoşa gələn rəqəmlər uğur gətirəcək.
Qiyməti 2 manat olan lotereya biletlərinin ümumi sayı 6 000 000 ədəddir. Onlardan 1 566 220 ədədi uduşludur. Cəmi uduş məbləği isə 7 978 000 manatdır.
"Qoşa"da ən böyük uduş məbləği 4 000 manatdır. Bu məbləğdə uduş olan biletlərin sayı 40 ədəddir.
Qaydalara gəlincə, oyun sıralarında "Zər" və "Uduş" xanalarını pozduqdan sonra hər hansı bir oyun sırasında iki eyni rəqəm tapıldıqda müvafiq uduş qazanılır.
Şans oyunlarında yalnız 18 yaşı tamam olan şəxslər iştirak edə bilərlər. Çoxlarının sevimlisi olan "Poz-Qazan" oyunlarında 500 000 manatadək böyük uduşlar qazana bilərsiniz.
Biletləri "Azərlotereya" satış nöqtələri, "Misli" məntəqələri, "Azərpoçt" şöbələri, eləcə də mağaza və köşklərdən əldə etmək mümkündür. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
1000 manatla hansı biznesi qurmaq olar?
ZARA-nın uğur hekayəsi
Ən bahalı otellər hansılardır?
Kriptovalyuta nədir?
Biznesə aid ən yaxşı 10 kitab