Yerli KOB-ların layihələri Səudiyyə Ərəbistanının iş adamlarına - TƏQDİM EDİLİB
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası və Səudiyyə Ərəbistanından olan nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dəyirmi masa təşkil olunub.
Qarabağda biznes qurmaq üçün 1 400-dən artıq - MÜRACİƏT OLUB
KOBİA-dan FED.az-a bildirilib ki, tədbirdə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədrləri – KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Al Rajhi İnternational for İnvestment" şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhil, eləcə də hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən dəyirmi masanın məqsədi Azərbaycan sahibkarlarının layihələrinə investisiya cəlb etmək, hər iki ölkənin iş adamları arasında birgə layihələrin icrasını təşviq etmək, ölkəmizdə fəaliyyət göstərən xüsusi iqtisadi zonaların imkanlarını və burada biznes subyektləri üçün nəzərdə tutulan güzəştləri diqqətə çatdırmaqdır.
Tədbir çərçivəsində Ələt Azad İqtisadi Zonasının fəaliyyətinə, eləcə də daşınmaz əmlak, xidmət, yüngül və qida sənayesi üzrə yerli KOB-ların potensial investisiya layihələrinə dair təqdimatlar keçirilib, Səudiyyə Ərəbistanından olan iş adamlarının sualları cavablandırılıb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?