Yoxlama siyahısı - İşləri necə qaydasına salmaq olar?

Yoxlama siyahısı - İşləri necə qaydasına salmaq olar?Hamımız yoxlama siyahılarının (check list) nə olduğunu bilirik, ancaq gündəlik iş həyatımızda demək olar ki, istifadə etmirik. Yoxlama siyahıları tez bir zamanda tapşırıqların yerinə yetirməyimizdə, effektiv idarəetmədə yardımçı ola bilər.
Qabaqdan Yeni il gəlir və 2019-cu ildə yerinə yetirmək istədiyimiz planları yoxlama siyahıları ilə daha effektiv idarə edə bilərik. Bu barədə dünyaca məşhur kitabın – "Yoxlama siyahısı manifesti" (The checklist Manifesto) kitabının məzmunundan kiçik bir parçanı Readt.az saytı oxucularına təqdim edir. Hər zaman olduğu kimi bu məzmun da "Oxu və tədbiq et" formatında hazırlanıb.
Yeri gəlmişkən, əgər siz "Daha Ağıllı ol!" kitabını hələ də etməmisinizsə, tələsin. Yeni il kampaniyası ilə əlaqədar olaraq kitab sizlərə pulsuz çatdırılacaq.
Daha ətraflı məlumat və sifariş etmək üçün bura daxil olun =>www.readit.az/book
2007-ci ilin yanvar ayında Ümumdünya Səhiyyə Təşkilatı hər il dünya miqyasında həyata keçirilən 230 milyondan çox əməliyyatın mürəkkəbliyini necə azalda biləcəklərini müzakirə etmək məqsədilə İsveçrənin Cenevrə şəhərində iki günlük iclas təşkil etdi. Bu zaman onlar təhlükəsiz cərrahi müdaxilələr üçün rəsmi bir ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) bəyannaməsi vermək əvəzinə, cərrahi yoxlama siyahıları hazırlamağa qərar verdilər. Bir neçə il sonra 19 əsas məsələdən ibarət olan əməliyyat yoxlama siyahısı üzərində razılaşdılar:
- Anesteziyadan əvvəl yeddi yoxlama – xəstənin şəxsiyyətini təsdiq etmək; razılığını almaq; cərrahi bölgəni işarələmək; mümkün allergiyaları yoxlamaq; alətləri yoxlamaq; anesteziya zamanı yarana biləcək oksigen problemlərini və xəstənin qanını yoxlamaq.
- Anesteziyadan və əməliyyatdan sonrakı yedi yoxlama – Həkimlər əməliyyatda iştirak edəcək bütün komanda üzvlərini, düzgün xəstənin və düzgün əməliiyyatın həyata keçirildiyini, antibiotiklərin verilməsini, radioloji görüntülənmənin həyata keçirildiyini və hamının əməliyyat haqqında məlumatlı olmasını yoxlayır.
- Xəstənin otaqdan çıxarılmasından əvvəlki beş yoxlama – Bütün sənədlərin və yoxlamaların nəzərə alınması, xəstənin sağalması ilə bağlı planlar və narahatlıqlar və s.
Bu təhlükəsiz cərrahi yoxlama siyahısından sonra 2008-ci ilin yaz aylarından başlayaraq dünyanın müxtəlif hissələrində yerləşən səkkiz xəstəxanada yoxlama siyahıları tətbiq və təqib edildi. Bu sınaq müddətində əldə edilən nəticələr 2008-ci ilin Oktyabr ayında dərc olundu. Onlardan bəziləri aşağıdakılardır:
- Səkkiz xəstəxananın hamısında əməliyyatdan sonra özünü göstərən mürəkkəbliklər və problemlər yoxlama siyahılarından istifadə edilməsi sayəsində 36% azaldı.
- Ölümlər 47% azalaraq 435-dən 277-yə endi.
- İnfeksiyaların yaranması yarıbayarı azaldı.
Tədqiqatın nəticələri New England Journal of Medicine jurnalının Yanvar 2009 tarixli nəşrində yayımlandıqdan sonra xeyli maraq yaratdı. Bir çox ölkə öz xəstəxanalarında təhlükəsiz cərrahi yoxlama siyahılarını tətbiq etməyə qərar verdi. Yenə də 2009-cu ilin sonlarına qədər Amerikadakı bütün xəstəxanaların cəmi 10%-i yoxlama siyahılarından istifadə edirdi. İnsanların həyatını xilas etdiyi sübut olunan bu siyahıya qarşı göstərilən müqavimət yoxlama siyahılarının bəzi peşə qrupları tərəfindən mənimsənməsinin necə çətin olduğuna bir sübutdur.
Odur ki, siz də yoxlama siyahılarını iş həyatınızda tədbiq etməyə çalışın, nəticəsini tez bir zamanda görəcəyinizdən əmin ola bilərsiniz. /marja.az

Maraqlı     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib


iqtisadi xeberler depozit faizleri rubl mezenne telefonla pul qazanmaq bitkoin