"Yüksək dərman qiymətləri gömrüklə bağlı deyil"
"Bir çox hallarda gedib dərmanı ölkəyə gətirirlər, biz dərmanı külli miqdarda buraxa bilmirik. İnanın mənə, 2-3 qutu "Aspirin" gətirənə gömrük əməkdaşı heç bir söz demir".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Onun sözlərinə görə, elə dərmanlar da var ki, onlara baxılmaldır:
"Qiymət məsələsinə gəlincə, qiymətlər gömrüklə bağlı deyil. Dərmanlara gömrük rüsumü yoxdur, yalnız ƏDV var. ƏDV də çox elə deyil. Dərmanlar ƏDV-dən azad oluna bilər".
Şahin Bağırov qeyd edib ki, dərman şirkətləri gətirdikləri dərmanların dərhal anbarlara aparılmasını istəyirlər:
"Azərbaycanda dərmanların qiyməti ilə bağlı Tarif Şurası tərəfindən müəyyən olunan hədlər var. Əgər qiymət bu həddən artıqdırsa, o, başqa məsələ. Türkiyə ilə Azərbaycan arasında fərq isə ona görədir ki, onlar bir çox dərmanı özləri istehsal edir. Bundan başqa, Türkiyə Avropa İttifaqı ilə Gömrük ittifaqındadır. Ona görə də bunu dərman satışı ilə məşğul olan şirkətlərdən soruşmaq lazımdır. Lakin dərman dəyərinin artmasına gömrük orqanlarının heç bir təsiri yoxdur", - deyə Şahin Bağırov bildirib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt