Zavod qiyməti 3000 dollar, mağaza qiyməti 7500 dollardır - İsveçrə saatlarının - SATIŞI REKORD VURUB
2022-ci ildə İsveçrə saatlarının ixracı tarixdə ilk dəfə olaraq 24 milyard frankı keçib.
FED.az xəbər verir ki, dünyadakı iqtisadi və siyasi qeyri-müəyyənliyə baxmayaraq, ekspertlər gözləyir ki, 2023-cü ildə də İsveçrə saatlarının satışı əvvəlki sürətlə artmaqda davam edəcək.
İsveçrə saatları sənayesi lap İsveçrə saatları kimi işləyir: davamlı, dəqiq və rekord gəlir gətirməklə. İnflyasiya, birjalardakı enmələr, kriptovalyuta böhranı və qlobal iqtisadiyyat üçün qeyri-müəyyənliklər: 2022-ci ildə İsveçrə saatlarının satışının rekord vurmasına heç nə mane ola bilməyib.
FED.az xəbər verir ki, İsveçrə Saat Sənayesi Federasiyasının dərc etdiyi məlumatlara görə, xarici bazarlarda satılan İsveçrə saatlarının ümumi dəyəri 2021-ci illə müqayisədə 11,4% artaraq 24,8 milyard franka yüksəlib.
Çin və Honq-Konqda satışların azalmasına baxmayaraq İsveçrə saatlarının satışı başqa regionların hesabına yüksəlib.
Əvəzində başqa bazarlar artım nümayiş etdirib. Xüsusilə də ABŞ-ın saat bazarında İsveçrə saatlarına tələbat 26,3% artıb. Hazırda ABŞ bu saatların əsas bazarıdır.
"Pandemiya dövründə amerikalı istehlakçıların cibində adətən olduğundan daha çox pulu toplanıb. Bəziləri bu pulları İsveçrə saatı almağa xərcləyiblər".- deyə İsveçrənın Vontobel bankının saatlar üzrə mütəxəssisi Jan-Filipp Berçi bildirir.
FED.az-ın məlumatına görə, 2022-ci ildə İsveçrə saatları dünyanın yüksək qiymətli saat bazarının böyük hissəsini tutub. İsveçrənin saat ixracının dörddə 3-nü zavod qiyməti 300 frank, mağaza qiyməti isə 7500 frank olan saatlar təşkil edib. İnflyasiyaya baxmayaraq varlı alıcılar İsveçrə saatlarından imtina etməyiblər. Əksinə, ekspertlər hesab edir ki, bəzi alıcılar İsveçrə saatlarının alışına investisiya kimi baxırlar.
Amma İsveçrə saat sənayesində heç də hər şey qaydasında deyil. Hazırda enerji daşıyıcılarının, eləcə də polad və misin bahalaşması saat sənayesi üçün ciddi problemə çevrilib. Saat sənayesində istifadə olunan maddələrin tərkibindən asılı olaraq materialların qiyməti 10-20% bahalaşıb. Amma hazırda bu sahənin əsas problemi işçilərlə, peşəkar kadarlarla bağlıdır.
İsveçrə saatlarının keyfiyyəti və populyarlığı onlara yük olmağa başlayıb - 2022-ci ildə artan tələbatı qarşılamaq üçün saat zavodları 3 min yeni işçi cəlb etməli olublar. Hazırda bu sahədə işləyənlərin sayı 60 min nəfəri keçib. Sonuncu dəfə bu sahədə belə çox işçi 1970-ci illərdə qeydə alınmışdı.
Amma işçilərə tələbat artmaqda davam edir. Hazırda İsveçrənin "saat regionlarında", hansı ki, ölkənin şimal-qərb ərazilərini əhatə edir, işçi quvvəsi tamamilə tükənib. Eyni vəziyyət qonşu Fransada da yaranıb – İsveçrənin bəzi şirkətləri işçiləri buradan götürürdü.
Ekspertlər bildirir ki, avtomatlaşdırma saat sənayesində özünü göstərsə də, bahalı saat istehsalı üçün insan əlləri lazımdır. Saat istehsalçıları təşkilatı hesablayıb ki, 2026-cı ilədək İsveçrə saat zavodları üçün əlavə 4 min işçi tələb olunacaq.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Bitcoin necə işləyir?
Fond birjası nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes təlimlər və tədris üsulları
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?