Zelenski kriptovalyutaları leqallaşdıran qanun - İMZALAYIB
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə kriptovalyuta bazarını leqallaşdıran virtual aktivlər haqqında qanun imzalayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Rəqəmsal İnformasiya Nazirliyi məlumat yayıb.
"Ukrayna kriptovalyuta sektorunu leqallaşdırıb, prezident müvafiq qanun imzalayıb", – deyə mesajda bildirilib.
Nazirlik qeyd edib ki, artıq xarici və Ukrayna kriptobirjaları qanun şəkildə işləyə biləcək, banklar və şirkətlər orada hesablar aça biləcək. Qanun ukraynalılara öz əmanətlərini virtual aktivlərdə qorumaq məqsədini daşıyır, xüsusən də dövlət bu cür aktivlərə olan hüquqların məhkəmə müdafiəsinə zəmanət verir.
Virtual aktivlər sahəsində siyasəti Milli Qiymətli Kağızlar və Fond Bazarı Komissiyası formalaşdıracaq və həyata keçirəcək. Komissiya həmçinin virtual aktivlərin dövriyyəsi prosedurunu müəyyən edəcək, nəzarət və maliyyə monitorinqini həyata keçirəcək.

"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
Shopify-da necə satışa başlamaq olar?
ZARA-nın uğur hekayəsi
Green Card nədir və onu necə əldə etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta məzənnəsi necə analiz olunur?