Zəngilan beynəlxalq hava limanında radiotexniki vasitələrin uçuş yoxlaması keçirilir - FOTO

Zəngilan beynəlxalq hava limanında radiotexniki vasitələrin uçuş yoxlaması keçirilir - FOTOZəngilan beynəlxalq hava limanında radiotexniki vasitələrin uçuş yoxlaması keçirilir - FOTO
Azərbaycanın işğaldan azad olunmuş ərazisində inşa edilən Zəngilan beynəlxalq hava limanında uçuşların radiotexniki təminatı vasitələrinin uçuş yoxlamalarına başlanıb.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uçuş yoxlaması ATR 42-500 biznes-sinif təyyarəsinin göyərtəsində quraşdırılmış tam avtomatlaşdırılmış Aerodata AD-FIS-112 kompleksindən istifadə edilməklə həyata keçirilir.
Qeyd edək ki, AFİS (Aero Flight Inspection System) hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün tətbiq olunan tam avtomatik müasir uçuş nəzarəti sistemidir.
Xatırladaq ki, inşa olunan Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya təminatı üçün lazım olan bütün mühüm beynəlxalq kodlar və ICAO, EUROCONTROL və IATA çağırış siqnalları artıq təyin edilib.
Belə ki, bu kodlar və radiotezliklər hava hərəkətinə xidmətin təmin edilməsi, aviasiya meteoroloji məlumatının yayımlanması, rabitə, naviqasiya, radiolokasiya və digər sistemlərin istismara verilməsi üçün zəruridir.
Bunun sayəsində naviqasiya avadanlığının beynəlxalq sistemə inteqrasiyası və müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyi və yerinə yetirilmə müntəzəmliyi təmin edilir.
Həmçinin Zəngilan Beynəlxalq Hava Limanının uçuşların aeronaviqasiya təminatı üzrə radiotexniki avadanlıqla təchiz olunması tam başa çatdırılıb.
Beynəlxalq standartlara uyğun olaraq hava limanında:
- CVOR/DME bucaqölçən və uzaqməsafəli radionaviqasiya avadanlığı quraşdırılıb;
- Uçuş-enmə zolağında müşahidəni təmin etmək məqsədilə avtomatlaşdırılmış aviasiya meteoroloji sistemi (AWOS), ICAO CAT II kateqoriyası üzrə uçuşların təhlükəsizliyini təmin edən aerodrom işıq siqnalı avadanlığı və uçuş-enmə zolağının hər iki istiqamətində cihazlar üzrə enməyə daxilolma sistemləri quraşdırılıb;
- Avtomatlaşdırılmış HHİ sistemləri, aviasiya yerüstü və hava rabitəsi vasitələri, həmçinin dispetçer danışıqlarının qeydiyyatı ilə təchiz olunmuş hava hərəkətini idarəetmə qülləsi (HHİ) inşa edilib;
- Birinci və ikinci dərəcəli PSR/SSR kanalının radiolokasiya stansiyası quraşdırılıb;
- Hava limanının elektrik təminatı yarımstansiyaları da inşa edilib.
Zəngilan rayonunda beynəlxalq hava limanının cari ilin sentyabr ayında istismara verilməsi nəzərdə tutulur.
Zəngilan beynəlxalq hava limanında radiotexniki vasitələrin uçuş yoxlaması keçirilir - FOTO

Xəbərlər     Tarix: 25 avqust 2022

Oxşar xəbərlər

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank") daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. xəbər verir ki, bu, noyabrın 20-dən tətbiq ediləcək

Yeni layihə - Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edəcəklər

Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır. xəbər verir ki, bu barədə məlumat verən "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərin

Tesla, ABŞ-də istehsalda Çin istehsalı hissələrdən imtina edir

Tesla ABŞ-də montaj olunan avtomobillərdə Çin istehsalı komponentlərdən istifadəni dayandırmaq üçün tədarükçülərinə təlimat verib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Tesla və onun tərəfdaşları bəzi Çin istehsal

Fransa bizdən neft alışını 3 dəfədən çox artırıb

Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib. xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsiin hesabtına görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dollar

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Azərbaycanın hava yüklərini daşıyan aviaşirkəti yeni təyyarələr alır

Azərbaycanın əsas avia yüklərin daşınmasınaı həyata keçirən "Silk Way West Airlines" (Silk Vey Vest Aviaşirkəti MMC) Fransa təyyarə istehsalçısı "Airbus" ilə iki əlavə "A350F" yük təyyarəsi alış

Türkiyə boru kəməri ilə qaz idxalını 7 faiz artırıb

Türkiyə 2025-ci ilin sentyabr ayında boru kəməri qaz idxalını 7 faiz artıraraq 3,213 milyard kubmetrə çatdırıb ki, bu da ilk doqquz ayla müqayisədə 14 faiz artım deməkdir və 30,705 milyard kubmetrə çatıb. xəbər verir ki

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə


iqtisadi xeberler dollarin kursu bu gun bitcoin qiymeti kripto biznes krediti