"Zerkalnı Əliyar" polis idarəsinə çağırıldı
Bakıda dəfələrlə yol hərəkəti qaydalarını kobudcasına pozan və sosial şəbəkələrdə görüntüləri yayılan "Zerkalnı Əliyar" adı ilə tanınan sürücü polis idarəsinə çağırılıb.
KONKRET.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 77 yaşlı Dadaşov Əliyar Ələkbər oğlu barəsində çoxsaylı məlumatlar yayıldıqdan sonra Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə çağrılıb. Onun barəsində tərtib edilmiş protokol, 4 bal və 100 manatlıq cərimə özünə elan edilib. Həmçinin dilindən bir daha bu tip hərəkətlərə yol verməyəcəyinə dair iltizam alınıb.
O da bildirilib ki, Azərbaycanda bu yaşda insanların inzibati məsuliyyətə cəlb edilərkən onlara inzibati həbs cəzasının verilməsi təcrübəsindən istifadə edilmir.
Qeyd edək ki, avqustun 20-si Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində nəqliyyat axınının əksinə hərəkət edən və digər nəqliyyat vasitələrinə təhlükəli vəziyyət yaradan "Toyota Prado" markalı avtomobilin görüntüləri yayılıb. Əvvəllər də dəfələrlə qəza şəraiti yaradan, bir neçə dəfə qəza törədən və cərimə edilən avtomobilin sürücüsünün ahıl şəxs olması cəmiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, videoda görüntülənən avtomobilin sürücüsü əvvəllər dəfələrlə məsuliyyətə cəlb edilib, o, intizamsız sürücü kimi tanınır.

Mərkəzi Bank müştərilərin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı açıqlama verib
Bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır – YENİLƏNİB
Azərbaycanın sığorta bazarı cüzi artıb
ABŞ-dan Azərbaycankı fiziki şəxlərə pul köçürmələr artıb
Yelo Bank-dan mikro bizneslərə yay dəstəyi
Mərkəzi Bank sığorta sahəsində yaxın zamanlarda tətbiqinə başlanılacaq layihələri açıqlayıb
Kevin Kelli: Süni intellekt hiperreal "mən"in ilk qığılcımıdır
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
"Son 2 il ərzində sığorta ödənişləri 57% artaraq 900 milyon manata çatıb"
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
Necə Bitcoin almaq olar?
Az pulla hansı işi qurmaq olar?
Biznes planı necə yazmaq lazımdır?
"Freelance" nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv