1800-dən çox şəxs İKT üzrə təqaüdlü təhsilə cəlb olunub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi "Technest" Təqaüd Proqramının yeni tədris dalğası üzrə dərslərə start verilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, proqram çərçivəsində Bakı və 29 regiondan bütün mərhələləri uğurla keçən 1863 nəfər təqaüdlü təhsilə cəlb olunub. Təqaüdçülərin 45%-ni qızlar, 55%-ni oğlanlar təşkil edir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dərslər İKT sahəsində fəaliyyət göstərən 30-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən çox ixtisas üzrə həyata keçirilir. Tədris seçilən ixtisas və tədris mərkəzindən asılı olaraq 3,6 və 9 ay müddətində davam edəcək.
Qeyd edilib ki, ötən ilin oktyabr ayında start verilən qeydiyyat zamanı ölkə üzrə ümumilikdə 20 mindən çox şəxs proqrama müraciət edib.
Xatırladaq ki "Technest" Təqaüd Proqramı İKT sahəsində kadr potensialının artırılması məqsədilə həyata keçirilir. "Technest" çərçivəsində 2021-ci ildə — 671, 2022-ci ildə — 782, 2023-cü ildə — 4006 nəfərə təqaüd ayrılıb. Bu rəqəmin 2024 –cü ildə 5000 olması hədəflənir. Bununla yanaşı proqram çərçivəsində 26 regiondan üzrə 1050 nəfərə təqaüd verilib. Məktəbliləri istisna etməklə "Technest" məzunların məşğulluq səviyyəsihazırda 90%-dən yuxarıdır. / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
CV hazırlayarkən buraxılan 5 səhv
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Layihə menecmenti nədir?