"20 günə 3 500 ABŞ dolları ziyana düşmüşəm, amma çox da narahat deyiləm"
Dünya bazarında kriptovalyutaların sürətlə ucuzlaşması Azərbaycan bazarına da təsirsiz ötüşməyib.
FED.az xəbər verir ki, kriptovalyuta üzrə ekspert Elnur Quliyev bildirib ki, bir həftədir ki, kriptovalyuta bazarında qiymətlərin düşməsi müşahidə edilir. O hesab edir ki, bunun əsas səbəbi ABŞ-da inflyasiyanın 8 %-dən yuxarı olmasıdır:
"Son 2 gündə kriptovalyuta bazarında qiymətlərin 30-50 % civarında düşməsi "Terra Luna" şirkətində yaranmış problemlə bağlıdır. Məlumdur ki, şirkət kriptovalyuta saxlayanlar sırasında ilk üçlükdə yer alır və təxminən 80 minlik bitkoinə malikdir.
Steyblkoində yaşanan alqoritm problemləri nəticəsində "Terra Luna" şirkətinin kriptovalyuta qiymətləri qısa müddətdə 100 ABŞ dollardan 0,01 sentə qədər düşüb. Şirkət vəziyyətdən çıxmaq üçün öz 80 minlik bitkoinini satışa çıxarıb".
Ekspert hesab edir ki, bu həcmdə bitkoinin satışa çıxarılması bazarda təlatümə səbəb olub: "Bazarda tələbin təklifdən az olması qiymətlərin düşməsinə gətirib çıxarıb. Eyni zamanda, bu vəziyyətdən panikaya düşənlər də öz kriptovalyutalarını satmağa başlayıblar. Bununla da süni devalvasiya yaranıb".
E.Quliyev kriptovalyuta sahiblərini satışa qaçmamağa, tələsməməyə səsləyib:
"Səbrli olmaq lazımdır, çünki bu problem cəmi şirkətdən qaynaqlanır. Əsas odur ki biz qiymətin düşmə səbəbini bilirik. Ümid edirəm ki, yaxın günlərdə qiymətin yenidən qalxması halı müşahidə olunacaq. Hətta deyərdim ki, hazırda kriptovalyutalara investisiya etməyin əsl vaxtıdır".
E.Quliyev Azərbaycanda da az vaxtda eniş yaşandığını deyir:
"Qısa müddətli kriptovalyuta alan investorlar uduzdu. Bu təxminən bazarın 40 %-ni təşkil edir. Lakin uzunmüddətli sərmayəçilər bu problemlə üzləşməyib: "Onlar psixoloji olaraq bu vəziyyətə hazır idilər".
Ekspert özü ilə bağlı nümunəni də açıqlayıb:
"Mənim öz balansım 8 min ABŞ dollarından 4500 ABŞ dollarına düşdü. Mayın əvvəli ilə müqayisədə 3 500 ABŞ dolları ziyana düşmüşəm. Amma bilirəm ki, bu uzunmüddətli investisiyadır və çox da narahat olmuram".
Qeyd edək ki, dünyanın ən bahalı kriptovalyutası olan bitkoin son 1 ay ərzində 23 % ucuzlaşıb. "Ethereum"un qiyməti isə 30 %-dən çox enib. Digər kriptovalyutalar təxminən 26-33 % ucuzlaşıb. Hazırda, kriptovalyuta bazarında ən bahalı koin bitkoindir. Bir tokenin qiyməti 51 min 773,5 manat təşkil edir. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşdı
Biznes nədir və hansı növləri var?
1000 manatla hansı biznesi qurmaq olar?
Dünyanın ən zəngin idmançıları
Biznes nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?