200-dən çox sahibkarın iştirakı ilə görüşlər keçirilib - FOTO
Görüşlərdə sahibkarlıq sahəsində yeniliklər və qanunvericiliyin tələbləri biznes subyektlərinin diqqətinə çatdırılıb, sualları cavablandırılıb.
FED.az xəbər verir ki, avqust ayı ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə aqroturizmdən ISO standartlarına, sənayedən rəqəmsal biznesə qədər müxtəlif istiqamətlərdə sahibkarlarla görüşlər keçirilib. Qadın sahibkarlığı, gənclərin biznes fəaliyyətinə təşviqi, bağçılıq, heyvandarlıq, pambıqçılıq və idxal-ixrac əməliyyatları da biznes subyektləri ilə müzakirə edilən mövzular sırasındadır.
Görüşlər həm onlayn, həm də oflayn formatlarda Bakı, Sumqayıt, Naxçıvan şəhərlərində, Biləsuvar, Masallı, Qəbələ, Ağcabədi, Ağstafa, Xaçmaz və İsmayıllı rayonlarında təşkil edilib.
Görüşlərdə sahibkarların müraciət və təklifləri dinlənilib, dövlət dəstəyi alətləri barədə məlumat verilib, çətinliklərinin həlli aidiyyəti qurumlarla birgə müzakirə edilib. Həmçinin, sahibkarlıq sahəsində yeniliklər və qanunvericiliyin tələbləri biznes subyektlərinin diqqətinə çatdırılıb.
Ümumilikdə görüşlərdə 200-dən çox sahibkar iştirak edib. Sentyabr ayında keçiriləcək görüşlərlə bağlı məlumatı sahibkarlar KOBİA-nın saytından öyrənə bilərlər ().
Biznes Tarix: 01 sentyabr 2025 Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin
Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı
Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs
Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək
Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd
Pampers 23 milyard dollar qazanıb
ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr